SEVGİ ÖZ-ÖZÜNDƏN MEYDANA GƏLMİR, cəhd edilərək qazanılır, diqqət edərək sevgi qazanılır. Yəni necə çiçəyi qoruyursansa eləcədə SEVGİNİ QORUMALISAN. Sevgi öz-özündən, heç bir cəhd göstərmədən əmələ gəlməz.
(14 iyun 2011; A9 TV)
İNSAN SEVGİNİ EQOİSTCƏSİNƏ YAŞAYA BİLMƏZ. Eqoist olan mütləq sevgini itirər. Səbirli, bağışlayıcı olmayan sevgini itirər.
(14 iyun 2011; A9 TV)
Quran sevginin necə yaranmasını bizə bildirər, yəni Quran sadəcə “sevin” deməz . SEVMƏK ÜÇÜN SƏBİR LAZIMDIR, FƏDAKARLIQ LAZIMDIR, COMƏRDLİK LAZIMDIR, DİQQƏT LAZIMDIR, QORUMAQ LAZIMDIR.
(14 iyun 2011; A9 TV)
İnsanların aralarında gəzən mələklər olur, amma insanlar bunu bilməzlər. Yəni normal paltarla gəzdikləri üçün sən də onu normal insan zənn edərsən. Xalqın arasında cin də gəzər, amma insanlar onun da fərqinə varmazlar.
(14 iyun 2011; A9 TV)
Ev söhbətlərinə, məsələn Nur tələbələrindən çağıra bilərlər, digərlərindən də çağırmaq olar, hər camaatdan insan çağırılması lazımdır. ONLARLA MİNİMUM ORTAQ MÖVZULARDA İTTİFAQ EDƏRƏK SÖHBƏT ETMƏLƏRİ LAZIMDIR. MƏSƏLƏN, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN GÖZƏL ƏXLAQI İZAH EDİLƏ BİLƏR, BU HƏR CAMAATIN QƏBUL EDƏCƏYİ BİR MÖVZUDUR, AMMA SİYASİ BAXIŞLARDAN ÇƏKİNMƏK LAZIM. Siyasi fikirlər ortaya qoyulmadan ev söhbətləri çox gözəl olar.
(14 iyun 2011; A9 TV)
Ümumi qurtuluş həsrəti Cənabı Allah tərəfindən ürəyimizə qoyulmuşdur. Axır zamanda bu daha da şiddətləndi. Buna aid əlamətlər, xüsusiyyətlər, xüsusilə bu aydan etibarən görülməyə başlayacaq. HƏR AY, HƏR İL BİR MÖCÜZƏ, MÖCÜZƏLƏR ARXA – ARXAYA GƏLƏCƏKDİR, inşAllah.
(14 iyun 2011; A9 TV)
MEHDİ (Ə.S)-SIZ İSLAM BİRLİYİ DƏ OLMAZ, MEHDİ (Ə.S)-SIZ BİR QURTULUŞ DA OLMAZ. Buna görə “Müsəlmanlar haradasınız?” deyil “Ya Rəbbi, Mehdi (ə.s)-ı bir an əvvəl zühur etdir” demək lazımdır. Duanın bu şəkildə olması lazımdır, inşAllah.
(14 iyun 2011; A9 TV)
Başçısız hərəkət etmək də mənasızdır. Mehdi (ə.s)-ın varlığı məhz buna görə şərtdir.
(14 iyun 2011; A9 TV)
TÜRKİYƏDƏ GEDƏN İNKİŞAFLAR,BÜTÜNLÜKLƏ HƏR ŞEY BİR BAHAR ƏLAMƏTİDİR. Mən lisey illərini xatırlayaram, əvvəllər insanlar həmişə qorxu içində, narahat olaraq yaşayardı. Anarxiya qorxusu, terror qorxusu, faili məchul qorxusu, evindən alınıb, aparılıb, öldürülmə qorxusu, oyuna salınmaq qorxusu tamamilə yox olmasa da xeyli azalmışdır. BU BAHAR ƏLAMƏTİDİR, MEHDİYYƏT BAHARIDIR.
(14 iyun 2011; A9 TV)
Dəccaliyyət bütün dünyanı bürüyüb, amma insanlar bundan xəbərsizdir. Hələ də dəccal axtarırlar. DÜNYANIN 99%-Nİ DİNSİZ EDƏN BİR SİSTEMİN ADI NƏDİR? DƏCCALİYYƏTDİR.
(14 iyun 2011; A9 TV)





