Cadu edənlər təlqindən istifadə edir, təkidlə təlqindən istifadə edirlər, cadunu təkrarlarla əldə edirlər. Müəyyən cümlələri, sözləri təkrar edərək cadunu əldə edirlər. Müəyyən görünüşlərin təkrarı ilə o cadu əldə edilmiş olur. Biz də ona qarşılıq NUR SİMALAR GÖSTƏRƏRƏK NURANİYYƏT GÖSTƏRƏRƏK, NUR İNSANLARI GÖSTƏRƏRƏK, ONLARIN BOLLUQ İŞIĞI İLƏ, ONLARIN NURANİYYƏTİ İLƏ, DUASI İLƏ, O FİTNƏNİ, BƏLANI TƏMİZLƏYİRİK.
(23 iyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
Bütün Müsəlmanlar Dəccalın cadusundan qorunmaq üçün Allaha dua etməlidir . CADU DUA İLƏ PARÇALANAR. Dəccaliyyətin cadusu bütün dünyanı örtərək insanları hipnoza soxdu. Dünyanı dua edərək, səbəbə sarılaraq, elmi izahatla, təlqinlə o cadudan çıxaracağıq, inşAllah.
(23 iyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
QİYAMƏTƏ ― 1535-Cİ İLƏ QƏDƏR ELMİ MÜBARİZƏMİZ DAVAM EDƏCƏK, inşAllah. Bizdən sonrakı nəsillər 1532-ci ilə qədər davam edəcəklər.
(23 iyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
Allahın tərəfindəyik, Hizbullahıq, Allah hizbiyiz. QURANDA İFADƏ EDİLƏN HİZBULLAH BİZİK. TÖVRATDA İFADƏ EDİLƏN BƏNİ- İSRAİL DƏ BİZİK.
(23 iyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
Biz bura imtahan verməyə gəlirik, əylənməyə gəlmirik. ALLAHA AŞİQ OLMAĞA, ONA EHTİRASLA BAĞLANMAĞA GƏLİRİK, DƏLİ KİMİ AŞİQ OLARAQ ŞEYTANI QƏZƏBLƏNDİRMƏYƏ GƏLİRİK.
(23 iyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
Allaha tam ürəklə təslim olub, ONU eşqlə sevmək lazımdır. DƏRİN SEVGİ MEYDANA GƏTİRMƏSİ ÜÇÜN ALLAHA DUA ETMƏK LAZIMDIR.
(23 iyun 2011; A9 TV, Kahramanmaraş Aksu TV və Kaçkar TV)
Müsəlman kədərlənməz. Hər şeydə bir xeyir görər, hər şeydə bir gözəllik görər. Hər şey mütləq hikmətlə yaradılmışdır. Müsəlman hər şeyə hikmət gözü ilə baxar, inşAllah.
(19 iyun 2011; A9 TV)
Kədərlənsən nə baş verər? Yıxılarsan, batarsan. KƏDƏRLƏNMƏK ŞİRKDİR, -HAŞA- ALLAHIN YARATDIĞI QƏDƏRİ BƏYƏNMƏMƏKDİR. Bəyənmədiyində adam özünə təzyiq etməyə başlayar və öz-özünü yandırar, Allah əsirgəsin. Buna görə də Allah Quranda kədərlənməyi qadağan etmişdir .
(19 iyun 2011; A9 TV)
İnsanlarda əbədi həyat arzusu olur . Allah “UŞAQLIĞINA ÇEVİRƏRİK ONU” deyir, yəni uşaq kimi olur. ÖLÜM ƏVVƏLİNDƏ OLARKƏN ÖLÜMÜ RAHAT İSTƏYƏCƏK BİR RUH HALINA GİRİR. Yəni Allah onda onu yetkinləşdirir, rahatlaşdırır, ölümdən narahat olmayacağı bir vəziyyətə gətirir, sonra Allah canını alır.
(14 iyun 2011; A9 TV)
BİR İNSANI QAŞINA GÖZÜNƏ GÖRƏ SEVMƏZSƏN. Qaşı gözü çürüyə bilər, pozula bilər, xəstələnə bilər, yaşlana bilər, hər şəkilə girə bilər, zənginliyi də əlindən gedə bilər. Amma imanı və əxlaqı, yəni İMANDAN QAYNAQLANAN ƏXLAQI QALICIDIR. RUHA DƏRİN TƏSİR EDƏN DƏ ELƏ BUDUR. MƏHZ BUNA GÖRƏ BİZ İNSANI SEVİRİK. Yoxsa sırf ət – sümükdən olan bir insan sevilməz. Çünki insan dərisini qaldırsan altında qıpqırmızı qan çıxar, yağ çıxar, ət çıxar, sümük və.s .Yəni bu insanda zahirən bəyəniləcək bir şey də qalmaz.
(14 iyun 2011; A9 TV)





