İman etsə pozğunluğu bitər. Yəni pozğunluq ona yapışmış bir ləkə deyil. İman edib, Qurana, imana sarılıb tövbə etsə, elə o vaxt da o məsələ həll olunar. O, nur kimi Müsəlmandır. Pozğunluq üstünə yapışmış, ömür boyu çıxmayacaq bir şey deyil.

(A9 TV; 7 may 2012)

İMANLA HƏR ŞEY ÇOX GÖZƏL, QİYMƏTLİ OLAR. O zaman insana hörmət edərsən, dəyər verərsən. Çünki insan hörmət edilmədiyini, dəyər verilmədiyini anladığı vaxt sevgi, məhəbbət  yox olar.

(A9 TV; 7 may 2012)

ALLAH BİZİ İMANLA GÖZƏLLƏŞDİRİR. Həyatımız gözəl, dəyərli olur. Başqa cür olsaydı insanlar bir-birinə ikrah hissi ilə baxardılar. İman olmasaydı həyat çox qorxunc olardı.

(A9 TV; 7 may 2012)

ALLAHI DAİMİ OLARAQ ÜRƏYİNDƏ TUTMAQ ZİKRDİR. Zikr bəzən səhv anlaşıla bilər, zikrin təkcə “Allah Allah” demək olduğunu zənn edirlər. ALLAHI XƏYALINDA, AĞILINDA TUTMAQ, ALLAHI SEVDİYİNİ BİLMƏK, ONUN ŞÜURUNDA OLMAQ, DAVAMLI OLARAQ ALLAHI ÜRƏYİNDƏN KEÇİRMƏK ZİKRDİR.

(A9 TV; 7 may 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)