İnsanlar çoxluğa baxıb ağıllarını itirirlər. Allah ayədə buyurur  ki, “insanların əksəriyyətinə uysan, səni Allah yolundan azdırarlar.” Çoxluğa tabe olmamalısan. Bir tək Allaha inanmalısan. Qurana baxıb, ordakıları tətbiq etməlisən. Əksəriyyətin nə etdiyi əhəmiyyətli deyil.

(A9 TV; 8 may 2012)

Allah insanı zalım, cahil yaradır. Buna görədə insanlar başqalarına baxıb səhv edir. “Bu imansızdı, bu anormaldı, bu saxtakardı və s.” deyir. Allah ayədə “İnsanların çoxu iman etməz”, “İman edənlərin çoxu da Allaha şirk qoşmadan iman etməz” deyir. Bu Allahın hökmüdür. Burda təəccüblü şey yoxdur.

(A9 TV; 8 may 2012)

İnsanlar bütün ömrü boyu sıxılaraq gəzmiş xanımların, kişilərin məzardakı hallarını bir görsələr… Məsələn, ilk 20, 30, 50 gün sonra düşdükləri şəkli görsələr, dünyaya heç bir bağlılıqları qalmaz.

(A9 TV; 8 may 2012)

DÜNYA KEÇİCİDİR. BUNA GÖRƏ DƏ DÜNYAYA BAĞLANMAMAQ LAZIMDIR. Dünya sevimli, cəlbedici görünür, amma ağılla düşündükdə metafizik bir mühitdə yaşadığımızı anlayırıq.

(A9 TV; 8 may 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)