MÜSƏLMANIN BƏDƏNİNDƏ İYNƏ UCU QƏDƏR DƏ OLSA OLSA ÇİRK OLMAMALIDIR. Müsəlman nur kimi olmalıdır. Oturduğu yerdə elə tərtəmiz, mikrobsuz olmalıdır. Bunun əksi vəhşilikdir.
(A9 TV; 30 may 2012)
Təmizlik imanın şərtidir. Allah Quranda “Möminlər təmizdir” deyir. Mənim anladığım təmizlik ən uc nöqtədə olan təmizlikdir.
(A9 TV; 30 may 2012)
Hz. Xızır 28 Fevralda vəzifədə idi. Çünki Bədiüzzaman 28 Fevralı 70 il əvvəl bildirmişdir. Yəni Qurandan əbcədlə çıxararaq söyləyir, tarix verir. Taledə olan bir şeydir.
(A9 TV; 30 may 2012)
Hz. Mehdi (ə.s)-ı tapmaqda məsuliyyət daşıyırıq. Tapmadıqdan sonra on min alim bir araya gələrək istədiyi şərhi etsə də kimsə ciddi saymaz. İslam aləminin bir yerə toplanması üçün Mehdinin gəlişi lazımdır.
(A9 TV; 30 may 2012)
Allah ayədə “Allah bilər, siz bilməzsiniz” deyir. İnsan öz özünə ” kaş ki, belə olmasaydı ” deyir. Sən sonsuz həyatı, Allahın razılığını qazanmağı məqsəd qoymursanmı? Bax gözəl olan da odur.
(A9 TV; 30 may 2012)
Əslində insanlar qədəri tam bilsələr çox rahat olarlar. Tam kamillik dərəcəsində qədəri bilsələr, bunun rahatlığı bir başqadır. Allah qədəri ən gözəl şəkildə yaradır. İnsanlar bəzən bəyənmirlər, halbuki, onun üçün ən gözəli, ən doğru olanı odur.
(A9 TV; 30 may 2012)
Mən xurafatçılara qarşı zorakılıq tətbiq edilməsinin doğru olduğunu düşünmürəm. Elə olmaz. Xurafatçılara yenə də şəfqətlə izah etmək lazımdır. Ağıllı, xüsusilə, onların öndə gələnlərini razı salacaq bir şəkildə izah edilsə, o müşrik düşüncəyə bir həll yolu tapıla bilər.
(A9 TV; 30 may 2012)
Xristian aləmi İstanbulu əsla və qəti olaraq verməzdi. İstanbulun fəthi möcüzədir, İstanbulun çox möhkəm quruluşu vardı. Amma Hz.Mehdi (ə.s) çıxacağı, qədər belə olduğu üçün, Allah qədəri bükərək bu hala gətirdi.
(A9 TV; 30 may 2012)
Cənub-şərqdə Stalinist-Marksist təhsil alan, Darvinist-materialist ruhda yetişdirilən uşaqlar, təbii ki, sonda Hz. Mehdi (ə.s) tələbəsi olacaqlar. Çünki CƏNUB-ŞƏRQ İMAN, QURAN YATAĞIDIR, MÜBARƏK İNSANLARIN ŞƏHƏRİDİR.
(A9 TV; 29 may 2012)
Yol yaxın ikən Rəsulullah (s.ə.v)-in yoluna sizi dəvət edirəm. Rəsulullah (s.ə.v)-in planına, söylədiyi üsuba yönəlin, vəhy ilə gətirdiyi yola tabe olun. “Bizi maraqlandırmır” desəz onda, haşa, Allahın hökmünü bəyənməmək kimi başa düşülər. O zaman siz də Allahı maraqlandırmazsınız. Allah da sizinlə maraqlanmaz. Allah süründürər, pərişan edər. Tək qurtuluş yolu budur.
(A9 TV; 29 may 2012)





