Ən gözəl varlıq insandır. Ahsani-taqvim (ən gözəl forma), Allahın ən gözəl təcəllisidir .
(A9 TV; 31 may 2012)
“Darvinist və materialistəm, lakin həm də Müsəlmanam, əlhəmdülillah” demək olmaz. Darvinizm-materializm də dini rədd edən bir sistemdir, adı üstündədir.
(A9 TV; 31 may 2012)
Dövlətin dialektik fəlsəfə ilə elmi baxımdan hesablaşması zəruri və vacibdir. Ya Marksist, Leninist, Darvinist, materialist fəlsəfə məğlub olacaq, ya da dövlət ona uyğunlaşacaq.
(A9 TV; 31 may 2012)
İnsanlar Qalu Bəlada Hz. Mehdi (ə.s)-a bağlanacaqlarına dair söz verdilər. Əks halda başqasını onun yerinə gətirsələr də bacarmazlar. İnstink olaraq da mümkün deyil, gücləri çatmaz.
(A9 TV; 30 may 2012)
ANCAQ ALLAH İNSANLARIN KÖNLÜNÜ, QƏLBİNİ HZ. MEHDİ (Ə.S)-I QƏBUL EDƏCƏK ŞƏKİLDƏ YARATMIŞDIR. RUHLAR HZ.MEHDİ (Ə.S)-I SEVƏCƏK VƏ HZ.MEHDİ (Ə.S)-A BAĞLANACAQ ŞƏKİLDƏ ƏMR ALMIŞDIR. Müsəlmanların ruhları bu əmri Qalu bəlada alıblar. Əks halda insanların bir başqa adama bağlanma bacarığı, iradəsi yoxdur. İstəsələr də bağlana bilməzlər.
(A9 TV; 30 may 2012)
Ağıllı kişi yaramazlıq, xoşagəlməz zarafatlar etməz, qıcıqlandırıcı danışmaz, sözünün yerini bilər. Hər an, hər saniyə mükəmməl nitq sənəti nümayiş etdirər. Çünki xırda yaramazlıq belə bir insanın ağılında qalar.
(A9 TV; 30 may 2012)
Allah tərəfindən ağıllı qadınlar, bəylər bir-biriləri üçün yaradılmışdır, amma ağılsız qadın ağılsıza layiqdir. Ağıllı kişi də ağıllı qadına layiqdir.
(A9 TV; 30 may 2012)
AĞILI BAŞINDA OLAN QADIN İMANA ÇOX ƏHƏMİYYƏT VERƏR. Çünki imansızın etdiyi iltifat qadında yalnız nifrət oyadar. Dünyaya bağlanıbsa, ona da nifrət edər. Çünki ALLAHI HİSS ETMƏYƏN ONU NECƏ HİSS ETSİN? ALLAHA QULLUQ ETMƏKDƏ CİDDİ OLMAYAN, ONA QARŞI NİYYƏTİNDƏ NİYƏ CİDDİ OLSUN?
(A9 TV; 30 may 2012)
Baxışlarındakı səmimiyyət də qadın üçün çox əhəmiyyətlidir. Məsələn, boş, mənasız sözlərlə darıxdırıcı səslə deyilən iltifat, qadın üçün təhqir sayıla, əsəbləşdirə bilər.
(A9 TV; 30 may 2012)
İncə düşünmək çox əhəmiyyətlidir. Mən danışarkən hər sözümə çox diqqət edirəm. Çünki qadınlar incə varlıqlardır, çox nəzakətlidirlər. Bir sözün vurğusundakı səs tonu belə əhəmiyyətlidir.
(A9 TV; 30 may 2012)





