Küfrün olması çox əhəmiyyətlidir. İnsanlar küfrün, dəccalın yoxluğunu istəyir. Lap yaxşı, amma belə olduqda imtahanın, savabın da olmaz. Buna görə də Allah dəccaliyyətin ömrünü uzadır. Məsələn, dəccalın ömrü qırx ildirsə, İslam hakimiyyətində Mehdi (ə.s)-ın iman həqiqətləri istiqamətindəki fəaliyyəti də qırx ildir.
(A9 TV; 4 iyul 2012)
İslamın dünyada hakimiyyəti yeddi və ya doqquz il olacaq, vəssalam. Çünki imtahan olmadığına görə Allah dünyanın davam etməsini lazım bilmir. Dünyada artıq küfr aradan qalxmış olur.
(A9 TV; 4 iyul 2012)
Allah kainatı, dünyanı Mehdiyyətə uyğun şəkildə qurmuşdur. Hadisələr o istiqamətdə baş verir. Lakin insanlar səbr edib gözləyə bilmirlər. O qədər tələsirlər ki, Allah ayədə belə buyurur: “İnsan tələskən yaradıldı”. Hər şey dərhal olub qurtarsın, dərhal Mehdi (ə.s) üzə çıxsın, İsa Məsih gəlsin, İslam Birliyi yaransın. İslam Birliyi yarandıqdan sonra daha savab qazana bilməyəcəksən.
(A9 TV; 4 iyul 2012)
Sevgidə bütövlük vardır, həmişə birlikdə olmaq istəyərsən. Eqoistlikdə kiçilmək vardır. İNSAN EQOİST OLMASA HƏR KƏSİ SEVƏR. Özü üçün olanın hər kəs üçün olmasını istəyər. Sevgisini bölüşər, sevgini bölməz. Hər kəsə qarşı sevgi, şəfqət hissi bəsləyər.
(A9 TV; 16 iyun 2012)
Məzar gözəl-çirkin bilməz, hamını eyni şəkilə salır. Torpaq simaları dəyişir. Hamı təbəssüm edən skeletə çevrilir. Təmiz torpağın altında hamı birlikdə yatır.
(A9 TV; 16 iyun 2012)
Zəkalı olmamaq günah deyil, daha çox savab qazanar. Gözəl olmamaq günah deyil, GÖZƏL BİR SAVAB ALSA, ÇİRKİN ON SAVAB QAZANAR.
(A9 TV; 16 iyun 2012)
Eqoistliyə, xudpəsəndliyə icazə verilmir. KÜRD PROBLEMİ DEYİL, TÜRK-İSLAM BİRLİYİ PROBLEMİ VARDIR. Bütün dünyanın ac olması əsas məsələdir.
(A9 TV; 16 iyun 2012)
Zaman qavrayış formasıdır. Beyindəki inanca zaman deyilir. Zaman deyilən bir şey yoxdur. Beyin bir hadisəni digəri ilə müqayisə edir, bu müqayisədən bir inanc meydana gəlir. Biz də bu inanca zaman deyirik.
(A9 TV; 16 iyun 2012)
Quranı ərəbcə dinləmək gözəldir, amma fərzə əməl etmərsən. Yəni Allahın hökmündən xəbərsiz olarsan. Çünki bilmədiyin dildədir. Siz Qurandakı hökmlərdən , mənasından sorğu-sual olunacaqsınız. Buna görə də ənənəvi düşüncədən əl çəkin. Mənasına əhəmiyyət verin.
(A9 TV; 3 iyul 2012)
PKK ideologiyadan, saxta da olsa elmdən, fəlsəfədən istifadə edir. Buna qarşı elmlə, ağılla, demokratiya ilə cavab vermək lazımdır.
(A9 TV; 3 iyul 2012)





