Marksist-Leninist, dialektik fəlsəfəyə inanırlar və onların dünyanın ən müasir fəlsəfəsi olduğunu düşünürlər. Dünya tarixinin indiyə kimi formalaşmış ən böyük dini, ən böyük ümmət birliyi olan dinidir.

 (A9 TV; 4 iyul 2012)

Hz. İsa (ə.s) bütün Xristianları müsəlmanlığa çəkən ulul- əzm bir peyğəmbərdir. Allah tərəfindən göyə― başqa boyuta alınmışdır. Bizim qənaətimizə görə İsa Məsih 2002-ci ildə dünyaya yenidən endirilmişdir .Və hal-hazırda vəzifəsini icra edir. Tez bir zamanda İsa Məsihi də görəcəyik, inşaAllah.

 (A9 TV; 4 iyul 2012)

Hz. Mehdi (ə.s)-ın  xüsusiyyəti məzhəbləri aradan qaldırmaqdır. Şiəlik, Vəhabilik, Bektaşilik, Ələvilik və digər məzhəbləri aradan qaldıracaq, eynilə Rəsulullah (s.ə.v)-in dövrü, Əshabi-kiram dövrü kimi olacaq. Bilavasitə Mehdi (ə.s) məzhəblərdən kənar bir şəxsdir. Müsəlmanlara Rəsulullah (s.ə.v) dövrünü yaşadacaq insandır.

 (A9 TV; 4 iyul 2012)

Hz. Mehdi (ə.s) Allahın xəlifəsi olacaq. Allah onu dünyaya xəlifə olaraq göndərir. Bütün dünyanın lideri və imamı olacaq. O, sevgi, qardaşlıq, dostluq, ədalət düşüncəsini müdafiə edən, öz evindən dünyanı idarə edən, təvazökar, möhtərəm, mübarək insandır.

 (A9 TV; 4 iyul 2012)

Bütün İslam aləminin bir lideri olmalıdır. Müsəlmanların rəhbərsiz olmasını təsəvvür etmək mümkün deyil, amma bu, anti-demokratik, anti-dünyəvi, gözünü qan bürümüş, əli qılınclı, hücuma hazır duran xurafatçı kimi deyil, sevgi, mərhəmət, şəfqət, ağıl, demokratiya, yaxşılıq, gözəllik, elm və sənətin ən yüksək nöqtəsinin tətbiq olunduğu, ən yüksək mədəniyyətin olduğu bir birlik olacaq.

 (A9 TV; 4 iyul 2012)

Bu sistem münafiqliyə qarşı sədd deməkdir. Bizim azad yaşamağımıza vəsilədir. Xurafatçılıq olsaydı, lazımi sistem olmasaydı, biz burda İslamı təbliğ edə bilməzdik.

 (A9 TV; 4 iyul 2012)

Quran layiqliyi müdafiə edər. Allah “dində məcburiyyət yoxdur”,  “Sizin dininiz sizə bizim dinimiz bizə” deyir, bu layiqliyin qısa xülasəsidir. Layiqliyə görə Xristianlar, dinsizlər, müşriklər zəmanət altındadır. Eləcə də Müsəlmanlar zəmanət altındadır. Səmimi şəkildə hər kəs dinini istədiyi kimi yaşayar. Heç kim bir-birinə  müdaxilə etməz. Qeyri-səmimi ruh, üslub olmaz.

 (A9 TV; 4 iyul 2012)

Dünya hakimiyyəti 7 və yaxud 9 il sürəcək. Artıq imtahanın mənası qalmadığı, İslamın tamamilə hakim olduğu, dəccaliyyət aradan qalxdığı üçün 7 və ya 9 il müddətində İslam hakimiyyəti olacaq, sonra isə hicri 1506-ci ildən tənəzzül başlayacaq.

 (A9 TV; 4 iyul 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)