İnadkarlıq, kobud cavab vermək, küsmək, incimək, taktikalar, tətbiqlər … Öz əlləriylə dünyanı cəhənnəmə çevirirlər. Əl çək, normal insan ol, gülər üzlü, mehriban ol, Allahın nemətlərinə sevin. İnsanlar haqqında müsbət düşün, gözəl düşün. Onları sevindirəcək bir şeylər et. Xoşlarına gələcək bir şey et. Onlar da sənə qarşı eyni şeyi etsinlər. Rahat, gözəl yaşa.
(A9 TV; 29 İyul 2012)
İnsanlar Allaha sevgi adına dünyanı cəhənnəmə çevirməyə meyillidirlər. Sən dünyanı cənnətə çevir. Dünya gözəl, sevgi dolu olsun.
(A9 TV; 29 İyul 2012)
Əgər Atatürk və Bədiüzzaman olmasaydı, xurafata qarşı mübarizə etmək, Allahualəm, mümkün deyildi. Allah iki mərhələ ilə Mehdiyyətə zəmin hazırladı. O hazır zəmin üstündə bizlər fəaliyyətə başladıq.
(A9 TV; 29 İyul 2012)
Nur tələbələri bir çox məzhəbə gözəl nümunə olmuşdurlar. Sözün düzü hamısı Bədiüzzamana heyran olmuş və hər biri ayrı-ayrı Bədiüzzaman olaraq ortaya çıxmışlar.
(A9 TV; 29 İyul 2012)
Əgər Türkiyədə Nur hərəkatı olmasaydı, Türkiyə də radikal İslam mərkəzlərindən biri olardı. Bu Əfqanıstan, Misir və Liviyadaki hadisələr Türkiyədə də baş verərdi.
(A9 TV; 29 İyul 2012)
Səbiri, sevgini, mətanəti öyrənmək baxımından Risaləyi-Nur əhəmiyyətlidir. Müsəlmanların şəfqətli və ağıllı insanlar olduğunu öyrənmək baxımından əhəmiyyətlidir. Xristian aləmi ilə ittifaqın əhəmiyyəti baxımından qeyri-adi əhəmiyyətə malikdir. Nifrət yerinə şəfqətin, nurun, məntiqin tətbiq olunması baxımından çox əhəmiyyətlidir.
(A9 TV; 29 İyul 2012)
Quranı, İslamı şərh etmək üçün, hər kəsin hətta xristianların da Risaləyi-Nuru oxuması vacibdir. Çünki müsəlmanların xristianlığa necə gözəl, sevgi dolu baxdığını və necə ittifaq qurmalı olduqlarını görmüş olarlar.
(A9 TV; 29 İyul 2012)
Risaləyi-Nurun dili çətindir amma sevgiylə, möcüzələr dolu olduğunu düşünərək yaxınlaşsan, Risaleyi-Nur çox faydalı bir əsərdir. Yəni hər bir türk gənci RİSALƏYİ-NURU oxumalıdır.
(A9 TV; 29 İyul 2012)
Həftədə 2, 3, 5, 100, 10000 də şəhid verərik amma məqsədimizdən, hədəfimizdən heç vaxt əl çəkmərik. Biz can dərdində deyilik. İmanın arxasındayıq, Allahın razılığının axtarırıq. Allah canımızı istədiyi kimi alsın, şəhid olsaq fəxr edərik.
(A9 TV; 28 İyul 2012)
Şəhidlərin artması İslam Birliyi əlamətidir. Şəhidlik bizim igidliyimizin bir əlamətidir.
(A9 TV; 28 İyul 2012)





