İnsan o qədər aciz yaradılıb ki, bu acizliklərinə baxmayaraq insanlar bu dünyaya çox bağlanırlar. Qeyri-adi bir ehtiras duyurlar. Halbuki, bütün diqqətlərini ALLAHA versələr, Allah onsuz da daha çox mal-mülk verər, hüzurlu və rahat yaşayarlar.
(A9 TV; 30 İyul 2012)
Allah bəzi yerdə çiçək olaraq təcəlli edər. Bəzən gözəl bir varlıqda, məsələn, gözəl bir dovşanın varlığında təcəlli edər. Bəzən bir uşaqda təcəlli edər. Hamısı Allahın görünüşləridir, hamısı bir-biri ilə eynidir. Hamısı Allaha aid təcəllilərdir.
(A9 TV; 30 İyul 2012)
Axır zamanda müsəlman alimlərin dəccaldan və Mehdidən bəhs etməməsi axır zaman əlamətidir. Türkiyədə heç bir yerdə alimlər, mollalar Mehdidən bəhs etməzlər. Bu çox nadir yaşanan hadisədir.
(A9 TV; 29 İyul 2012)
Viza və pasport axır zamanda bəzi yerlərdə müsəlmanları bölmək üçün, ailələri bir-birindən qoparmaq üçün istifadə edilən bir sistemdir. Bütün dünyada bir qəribəlik var. Hər yerdə bu sistem ləğv edilməlidir. Qadağa qəribə bir şeydir.
(A9 TV; 29 İyul 2012)
Hz. Mehdi müqəddəs sandığı götürüb Süleyman məscidinin qabağına gətirdiyi zaman yəhudi və xristian aləmi ayağa qalxacaq. Çox az bir qismi istisna olmaqla, hamısı iman edəcək.
(A9 TV; 29 İyul 2012)
Müqəddəs sandığı hz. Musa (ə.s)-ın sandığını ilk tapan Mehdi olacaq. Ondan başqa heç kim tapa bilməz. Allah deyir ki, onu mələklər qoruyur, mələklər daşıyır. Heç bir şəkildə tapa bilmirlər. Mələklər qoruduğu üçün tapa bilmirlər.
(A9 TV; 29 İyul 2012)
Hz. Süleyman (ə.s) məscidinin olmaması çox təəssüf doğurucu bir hadisədir. Eyni ilə, orijinal halı ilə bərpa edəcəyik, Allahın izni ilə. Ərazi çox uyğundur amma mütləq Mehdi olmalıdır.
(A9 TV; 29 İyul 2012)
Cənabı Allah deyir: “Dində məcburiyyət yoxdur”. Hökm açıqdır. Kimisə məcbur edə bilməzsən. Sevgi, şəfqətlə və mərhəmətlə təbliğ et. Gözəlliklə, sevdirməyə çalışaraq təbliğ et.
(A9 TV; 29 İyul 2012)
Sən adamı zorla döyərək söyərək inancından imtina etdirə bilərsənmi? Cəhalətindən şikayət edirsənsə, öyrət, müəllim göndər, məktəb aç. Sevgi ilə həll et. Bunu edə biləcək insanlar yenə də hz. Mehdi və İsa Məsihdir.
(A9 TV; 29 İyul 2012)
Şeytan insanları bir-birinə düşmən etdi. Mehdiyyət bu bəlanı dayandıracaq. Adam öldürmək üçün silahdan istifadə etmək çox qorxunc bir şeydir!
(A9 TV; 29 İyul 2012)





