Səbir sevgini əldə etmək üçündür. Səbir olmazsa, sevgini əldə edə bilməzsən. Sevdiyindən ayrılarsan. Bir səhvini, qüsurunu tapıb ondan uzaqlaşarsan.

 (A9 TV; 2 Avqust 2012)

Varlıların bir çox hissəsi qürurlu və eqoist olarlar. Özlərini xalqdan daha üstün hesab edərlər. Özündən razılıqları vardır, bir qismi xalqa özündən aşağı baxar. Amma bizim daha zəngin olduğumuzu görüncə müqavimətləri qırılır. Belə olduqda eqoizmi, qüruru qalmır. Daha təvazökar, daha rahat yaxınlaşır və dediklərimizi daha rahat dinləyir və anlayırlar.

 (A9 TV; 2 Avqust 2012)

Gözəl xanımların bir qismində də qürur və eqoizm var. Eqoizm, özündən razılıq  var. Amma özündən daha gözəl xanımları görəndə qüruru qalmır, çox təvazökar olarlar. Onlarla çox yaxın dost olar və mehriban danışarlar.

 (A9 TV; 2 Avqust 2012)

Gizli əsəb və kin təhlükəlidir. Məsələn, bir şey olar və o insan unutmaz. Partiyanı yenə dəstəkləyər amma kini içində qalar. Buna görə də haqlı tənqidlərə laqeyd yanaşmaq olmaz. Tezliklə tədbir görmək lazımdır. Laqeydlik hiss olunsa, bu gizli nifrətə və əsəbə səbəb olar.

 (A9 TV; 2 Avqust 2012)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)