Allahdan qorxan ONU sevər. Allahı sevən Ondan qorxar. Allahdan qorxan da səmimi, dürüst olar. Səmimi, dürüst olmayan da sevginin qədrini bilməz.
(A9 TV, 3 Avqust 2012)
Səmimiyyətsizlik də sevgisizliklə birlikdə dünyanı bürüyüb. ÇÜNKİ SEVGİ OLMAYANDA SƏMİMİYYƏT DƏ OLMUR.
(A9 TV, 3 Avqust 2012)
Sevgisizlik, nifrət dünyanı bürüyüb. Ona qarşı müsəlmanlar, səmimi iman edənlər Allahın əsl istədiyi şeyin üstündə dayanacaqlar. ALLAH ÖZÜNÜN SEVİLMƏSİNİ VƏ SEVGİNİN DÜNYAYA HAKİM OLMASINI İSTƏYİR.
(A9 TV, 3 Avqust 2012)
Məsələn sevgi dolu bir insan: “Sevgi dolu idim amma məni bu vəziyyətə saldılar” . Bu əxlaqsızlıqdır. Bu mümkün deyil. Səni o hala necə gətirə bilərlər ki, axı sən Allah tərəfdarısan. Ölənə qədər sevgi dolu olmalısan.
(A9 TV, 3 Avqust 2012)
Sevginin dünyaya hakim olması üçün bacı-qardaşlarımız təkidlə və qərarlı olaraq mübarizə aparsınlar. İnsanlar sevgiyə qarşı eqoistlik, kin və nifrətdən istifadə etmək istəyirlər.
(A9 TV, 3 Avqust 2012)
Yardımı sevmək sevgi yaradar. Məsələn, bir kasıba kömək edərsən, o səni sevər. Yalan danışmamaq, o da sevgi üçündür. Yalan danışanı sevmək çox çətindir. Yəni insana bənzəyən varlıq olur. Həmişə yalan danışır, əslinin necə olduğunu bilmirsən. GÖZƏL ƏXLAQIN MƏNŞƏYİ, HƏMİŞƏ SEVGİYƏ ƏSASLANIR.
(A9 TV; 2 Avqust 2012)
İslam Birliyi yaransa, bu bəlaların heç biri olmayacaq. Nə Birmada müsəlmanları məhv edərlər, nə də Fələstində, İraqda müsəlmanlar məhv olar. Hər yerdə terror, anarxiya hakimdir.
(A9 TV; 2 Avqust 2012)
Sevgi süni yolla ola bilməz, haqqı ilə olmalıdır. Dərin, ehtiraslı və coşğulu bir sevgi olmalıdır.
(A9 TV; 2 Avqust 2012)
Allahı sevmədən sevgi olmaz. Allah ayədə belə buyurur, şeytandan Allaha sığınaram: “Allahı sevin ki, Allah da sizi sevsin.” Allahı sevmədən Allah sevgi bəxş etmir. BUNA GÖRƏ DƏ MÜSƏLMANLARIN DAHA ÇOX ƏHƏMİYYƏT VERDİKLƏRİ SEVGİ OLMALIDIR.
(A9 TV; 2 Avqust 2012)
İntihar hadisələrinin əsas səbəbi sevgisizlikdir. Narkotikin də əsas səbəbi sevgisizlikdir. Sevən heç vaxt ona ehtiyac duymaz.
(A9 TV; 2 Avqust 2012)





