Sosialist təşkilat yüz ölkənin üzv olduğu quruluşdur. Bunların beyini də Marksist -Leninist və Darvinist -materialist düşüncə ilə işləyir. Bunların beyninə fikirlə, düşüncə ilə, elmlə təsir etsək, təkcə PKK-nı deyil, bütün dünya komünistlərinin düşüncəsini dəyişmiş olarıq.
(A9 TV; 20 Sentyabr 2012)
Məclis toplanıb Marksizmə, Leninizmə, Darvinizmə, materializmə qarşı rəsmi şəkildə mübarizə aparılması barədə qərar qəbul etməlidir.
(A9 TV; 20 Sentyabr 2012)
PKK-ya qarşı mütləq anti-kommunist, anti-Marksist, anti-Leninist, anti-darvinist təhsil lazımdır. Problemin 99% həlli budur, digər tədbirlərin təsiri 1% -dir.
(A9 TV; 20 Sentyabr 2012)
Problem ondadır ki, PKK-nın kommunist üsyanı ciddiyə alınmır. Çox ciddi döyüşlər gedir, qan su yerinə axır. İstiqlal Mübarizəsindən bəlkə daha geniş miqyaslı düşmən hücumu vardır. Çox ciddi şəkildə tədbir görülməlidir.
(A9 TV; 20 Sentyabr 2012)
AK Partiyanın içərisində Səadət Partiyasının yox olması mümkün deyil. Milliyyətçi Hərəkət Partiyası, Böyük Birlik Partiyası kimi Səadət Partiyası da mütləq lazımdır. Çünki bunlar məktəbdir. Bunlar Türkiyənin təməlidir, ona görə çox əhəmiyyətlidirlər.
(A9 TV; 20 Sentyabr 2012)
Mən dindar yəhudilərlə görüşdüm. Çox mədəniyyətli, əxlaqlı və döyüşdən bacardıqları qədər çəkinən insanlardır. Amma İsrail dövləti Darvinistlərin, materialistlərin əlindədir. Bomba da yağdırar, zülm də edər. Bu dediklərim ümumi mənadadır, təbii ki, istisnalar da vardır.
(A9 TV; 20 Sentyabr 2012)
Darvinizmdən istifadə edərək bütün Yaxın Şərqi məhv etdilər. İsrailin qəddarlığının səbəbi də Darvinizmdir. Həqiqi yəhudi belə bir qırğın törətməz, Fələstinli uşaqları qanına qəltan etməz.
(A9 TV; 20 Sentyabr 2012)
Hal-hazırda inanc savaşı vardır. Kommunizm inancdır. Ona qarşı inanc formalaşdırmalısan. Darvinizm və materializm də bir inancdır. Elmlə və ağılla ona qarşı inanc formalaşdırmalısan, əzərək deyil. Ağlını, fikrini, düşüncəsini əzmək lazımdır.
(A9 TV; 20 Sentyabr 2012)
Biz məkan və zaman çərçivəsində hərəkət edirik. Allah isə zamansız və məkansızdır. Bizə an içində zaman yaradır. O anın çərçivəsində zamanı gördüyümüz üçün hadisələri sanki arxa-arxaya baş verirmiş kimi hiss edirik. Halbuki, çoxdan olub bitib. Hamısı bitib.
(A9 TV; 20 Sentyabr 2012)
Bir fikri, xüsusilə, kommunizmi şiddətdən istifadə edərək aradan qaldırmağa çalışmaq onun daha da böyüməsinə səbəb olar. İdeologiya ilə mübarizə aparsaq, psixoloji olaraq ən təsirli zərbəni endirmiş olarıq. Kommunizmə qarşı psixoloji mübarizə elmlə, sevgiylə, ağılla edilməsə, nəticə əldə etmək olmaz, Allah qorusun.
(A9 TV; 18 Sentyabr 2012)





