Millətimizin sağlam bəslənməsi dövlətin bir siyasəti kimi nəzərə alınmalıdır.
(A9 TV; 22 Sentyabr 2012)
Allahın “Hayy” adı hz. İsa Məsihlə təcəlli edəcək, inşaAllah. Hz. İsa (ə.s.) “Qum biiznillah” deyərək Allahın izni ilə ölüləri dirildən Peyğəmbərdir.
(A9 TV; 22 Sentyabr 2012)
Allah verdiyi gözəlliklərin müsəlmanın üzərində görünməsini istəyər.
(A9 TV; 22 Sentyabr 2012)
Şəhidlik müsəlmanın bəzəyidir.
(A9 TV; 22 Sentyabr 2012)
Hədislərdə bildirildiyinə görə Allah hz. Mehdi (ə.s)-ı bir gecədə qeyri-adi nemətlərlə təchiz edər.
(A9 TV; 22 Sentyabr 2012)
Terrorun həll yollarından danışarkən xəstəliyin adının qeyd edilməsi çox əhəmiyyətlidir. Xəstəliyin adı Darvinizmdən doğan marksizmdir. Bu deyilməlidir ki, müalicə olunsun.
(A9 TV; 22 Sentyabr 2012)
Hökmü Allah verər, hakimi isə vəsilə edər. Qanunda, hüquqda xeyir vardır.
(A9 TV; 22 Sentyabr 2012)
Axır zaman çox şiddətlidir. Darvinist-materialist düşüncə bütün dünyanı bürüyüb. Ona görə Darvinizmə qarşı hər tərəfli, əhatəli iş görülməlidir. HƏR BİR MÜSƏLMAN QARDAŞIMIZ VAR GÜCÜ İLƏ DARVİNİZMƏ QARŞI MÜBARİZƏ APARMALIDIR.
(A9 TV; 22 Sentyabr 2012)
İnsan yaxşılıq edəndə Allah ona yaxşılıq, bərəkət, gözəllik verər. Öz lehinə olar, ruhən və cismən rahat olar. Cənnətdə də Allah onu nemətlərlə mükafatlandırar.
(A9 TV; 20 Sentyabr 2012)
Xristianlarla müsəlmanların ittifaq etməsi çox vacibdir. Yəhudilər, xristianlar, müsəlmanlar ittifaq edəcəklər. Allah sevgisi, Allah qorxusu, peyğəmbərlərə hörmət məsələlərində insanlara gözəl nümunə olacaqlar, inşaAllah.
(A9 TV; 20 Sentyabr 2012)





