Xurafatçılar, müşriklər sevgini dərk etməzlər. Çünki müşriklərdə şeytani bir güc, içlərində nifrət, kin vardır. Nifrət və kindən başqa bir duyğu hiss etmədikləri üçün sevgiyə də heyrətlənər, təəccüblənərlər.
(A9 TV; 6 Oktyabr 2012)
Papiruslarda hz. Musa haqqında “ofsunu ilə təsir edir” deyə bildirilir. İndi bəzi həsəd aparan insanlarda da eyni ifadəni görür və fəxr edirik. Hz. Musa (ə.s)-a atılan şərin eynisinin mənə də deyilməsi çox böyük şərəfdir. Çox əladır. MaşaAllah.
(A9 TV; 6 Oktyabr 2012)
Peyğəmbərlərə həmişə sehrbaz deyilib. Onlara uyan müsəlmanların da həmişə ofsunun təsirində olduğu söylənmişdir.
(A9 TV; 6 Oktyabr 2012)
Xurafatçılar həmişə gizli söhbətləri ilə şərəfsizlik edirlər. Xalq arasında çox danışmazlar. Xurafatçılar çox təmkinlidirlər, nifrətini gizlədərlər. Çünki mənfəəti vardır. Ancaq arxada danışarlar.
(A9 TV; 6 Oktyabr 2012)
Biz Allah üçün sevirik. Xurafatçılar isə puluna, markasına görə sevərlər. Bəzi xurafatçılarda sevgi olmaz. Onlarda sevgisizlik hakimdir.
(A9 TV; 6 Oktyabr 2012)
Mehdi (ə.s) da insanlar tərəfindən tədricən çox seviləcək. Amma ilk öncə xurafatçılardan, alçaqlardan, namərdlərdən, müşriklərdən nifrət görəcək. Amma o nifrət təbliğatı bir müddət sonra sevginin ən yüksək dərəcəsində özünü göstərəcək. İnşaAllah.
(A9 TV; 6 Oktyabr 2012)
Mehdi (ə.s) dəccaliyyətin hücumları və gözü qarşısında böyüyəcək, inkişaf edəcək. Quranın hz. Musa (ə.s) haqqında olan bölümü buna işarə edir. (Taha Surəsi, 39-cu ayə).
(A9 TV; 6 Oktyabr 2012)
Kürd bacı-qardaşlarımıza qarşı sevgi çox vacibdir. O sevimli Kürd babalarımıza, Kürd analarımıza, bacılarımıza dərin sevgi, hörmət və şəfqət duyuruq. Az sayda şərəfsizin onlara nifrət etməsi heç də əhəmiyyətli deyil. Bu, təkcə onların şərəfsizliyini və şəxsiyyətsizliyini göstərər.
(A9 TV; 6 Oktyabr 2012)
İmanın iki əlaməti var ki, mömin çox təmiz, sevgi dolu olar.
(A9 TV; 6 Oktyabr 2012)
Bizim sevgimizin səbəbi imanımız və səmimi əməllərimizdir. Cənabı Allah da bizə lütf edir, ürəyimizə möhtəşəm sevgi salır. Bizə bu sevgi möcüzə olaraq gəlir.
(A9 TV; 6 Oktyabr 2012)





