Suriya ilə neytral bölgə şərtdir. 10 km-lik neytral bölgə yaratmaq lazımdır. Belə olduqda heç bir problem də olmaz.
(A9 TV; 7 Oktyabr 2012)
Hz. Mehdi (ə.s) gələrkən mənasız, vicdanları yaralayan bu xurafatçıların yaratdığı qorxunc və uydurma hökmləri ləğv edəcək. Bunun yerinə Quranın gözəlliyini, sevgini, söhbəti, şəfqəti, müasirliyi, estetikanı, keyfiyyəti, coşğunu, bayram sevincini, sənəti və elmi gətirəcək.
(A9 TV; 7 Oktyabr 2012)
Qadın şəfqətli, mərhəmətli, sənəti və estetikanı yaxşı anlayan varlıqdır və qadınlar son dərəcə ağıllıdırlar, incəlikləri, dolaşıq yerləri çox asan görərlər. Kişilər isə səthi baxarlar.
(A9 TV; 7 Oktyabr 2012)
Qurana uyğun nur kimi dinimiz var. İstəyən saçını rəngləyər, gülər, oynayar, musiqi dinləyər, rəqs edər. İslamda hər şey asandır: namaz, oruc , həyat. Həyat sevginin, sevincin, məhəbbətin yaşandığı bir gözəllikdir.
(A9 TV; 7 Oktyabr 2012)
Quran oteldə, iş yerində, xəstəxanalarda, təcili yardımda , hər yerdə olsun. Quranın olmadığı bir yer olmasın.
(A9 TV; 7 Oktyabr 2012)
Müsəlmana həmişə hüsnü-zənnlə yaxınlaşmaq lazımdır. Məğlub olan deyil, qalib gələn olmaq lazımdır.
(A9 TV; 7 Oktyabr 2012)
Xurafatçılarda qadınlar çox fitnəkardır, pisdir. Gözlərinə baxsanız başa düşərsiniz.
(A9 TV; 6 Oktyabr 2012)
Peyğəmbərimiz (s.ə.v) eşq, söhbət, təmizlik, nəzakət insanı idi.
(A9 TV; 6 Oktyabr 2012)
Hədisin səhih olub olmadığını anlamaq üçün Qurana uyğun olub-olmadığına baxmaq lazımdır. Peyğəmbərimiz (s.ə.v)-in əxlaqına, mərhəmətinə, incəliyinə, nəzakətinə, paklığına, ruh dərinliyinə, o coşğun eşqinə uyğundur yoxsa yox. Uyğun gəlmirsə, doğru deyildir.
(A9 TV; 6 Oktyabr 2012)
Qurana uyğun deyilsə, o hədis deyildir. Peyğəmbərimiz (s.ə.v) qadını alçaldan bir hədisi söyləməzdi. Peyğəmbərimiz (s.ə.v) Allaha olan sevgisinə görə qadınlara qarşı aşiq və hörmətli idi. Peyğəmbər (s.ə.v) qadınları alçaldan hədis söyləməz.
(A9 TV; 6 Oktyabr 2012)





