Cənabı Allah buyurur ki, mələklər və Məsih Allaha qulluq etməkdən çəkinməzlər, ibadət edərlər. Məsul olduqları üçün Məsih və mələklər ibadət edir. Çünki ölməyiblər. Öldükdən sonra ibadət dayanır. İsa Məsih (ə.s) ölmədiyi üçün ibadəti də dayanmayıb.
(A9 TV; 21 Oktyabr 2012)
İndi insanların ən çəkindikləri, narahat olduqları şey ilk təəssürat, çox tez qərar vermələridir. Bir şeyin batini tərəfini, həqiqətini, əsasını bilmədən insanları ittiham edirlər. Bu, axır zamanın ən pis xüsusiyyətlərindən biridir.
(A9 TV; 21 Oktyabr 2012)
Müsəlman ən çətin anlarında belə kədərlənməməli, qorxmamalı, ruhdan düşməməli və mövcud şəraitdən lazımi şəkildə istifadə etməlidir. Haqq üçün müsəlman hər cür imkandan istifadə etməlidir.
(A9 TV; 21 Oktyabr 2012)
Müşriklər, yerdə qalmışlar, hörmətsizlər, əxlaqsızlar həm Mehdi (ə.s)-a, həm İsa Məsih (ə.s)-a kin bəsləyəcəklər. Anlamadıqlarına, qavraya bilmədiklərinə, dəccal gözü ilə baxdıqlarına görə nifrətlə yanaşacaqlar.
(A9 TV; 21 Oktyabr 2012)
İraq, Misir, İordaniya İslam Birliyini qəbul edəcək vəziyyətdədir. Livan, İran, Azərbaycan, Pakistan da qəbul etdikdən sonra məsələ həll olar. Bu dövlətlərin hamısı qəbul edər. Sərhədləri açaq, İslam Birliyi artıq yaranar. Bu qədər.
(A9 TV; 21 Oktyabr 2012)
Kommunist rəhbərlik istəmirik. Biz Türkiyədən bir qarış da olsun torpaq vermərik. Biz Koreyada belə kommunizmə icazə vermədik, əsgər göndərdik. Koreya üçün mübarizə apardıq. PKK əbəs yerə çalışmasın, Türkiyədə əsla qəbul etmərik.
(A9 TV; 21 Oktyabr 2012)
BDP olduqlarına görə onları təcrid etmək əvəzinə qazanmaq üçün aparılan siyasət daha doğru olar. Bunun da ən asan yolu onlara İslam Birliyini sevdirmək, İslam Birliyinin qurtuluş yolu olduğunu bildirməkdir.
(A9 TV; 21 Oktyabr 2012)
Sürünmək, səfil kimi yaşamaq, səliqəsiz geyinmək, özünə baxımlı olmamaq, pəjmürdə evlərdə yaşamaq, murdar yeməklər yemək, solğun rəngli geyimlər geyinmək, musiqiyə qulaq asmamaq, texnologiyanın imkanlarından istifadə etməmək, elmə qarşı gəlmək, sənətə qarşı gəlmək, sənətə mane olmağa çalışmaq, demokratiyanı dayandırmağa cəhd etmək, azadlığı aradan qaldırmaq din deyildir. Bunlar şeytani hərəkətlərdir.
(A9 TV; 21 Oktyabr 2012)
“…və ona hər şeydə bir yol (səbəb) verdik.” (Kəhf Surəsi, 84) Allah güc verdim demir, səbəb verdim deyir. Çünki hər şeyin səbəbi vardır. Bütün güc Allaha aiddir. Allah kiminsə gücü var deyə də buyurmur. “Hər birinə səbəb yaratdım”, “Mən yaradıram” deyir.
(A9 TV; 20 Oktyabr 2012)
Hal-hazırda PKK Yəcuc və Məcucdur. Faşizm, kommünist tərkibli hərəkatdır. Onsuz da hər bir kommunist hərəkatda faşist ruhu vardır. Hər faşist hərəkatın içərisində də kommunist ruh vardır. Qurandakı ifadəyə diqqət yetirsəz , Yəcuc və Məcuc bir-birinə çox bənzəyirlər, əkiz qardaş kimidirlər.
(A9 TV; 20 Oktyabr 2012)





