Baş Nazirimiz çox dürüst, ağıllı insandır. Ona güvənirik. Baş Nazirimizə deyilən çirkin sözləri səmimiyyətsiz deyilmiş kimi qəbul edirik.
(A9TV; 25 Oktyabr 2012)
Allah müsəlmanları şərəfləndirərək, sevinc içində sorğulayacaqdır, inşaAllah.
(A9TV; 25 Oktyabr 2012)
Müsəlmanların mütləq lideri olmalıdır. Amma mehriban, şad, səmimi, sadəlövh, məzlum insan, dünya sevgisi olmayan insan olmalıdır, inşaAllah. O da təkcə hz. Mehdi (ə.s)-dır.
(A9TV; 25 Oktyabr 2012)
Sevgi qısqanılmaz. Sevdiyin birinə kimsə zərər verəcəksə, onu qorumağa çalışarsan. Bu qısqanılar və yaxud sevdiyinə qıymasan onu qısqanarsan, inşaAllah. Əks halda sevgini qısqanmaq dəlilikdir.
(A9TV; 25 Oktyabr 2012)
Sevdiyimiz heç bir heyvan, heç bir canlı öldükdən sonra yoxa çıxmaz, cənnətdə çağırsaq, dərhal yanımıza gələcəklər, inşaAllah.
(A9TV; 25 Oktyabr 2012)
Peyğəmbərimiz (s.ə.v) axır zamanda yağışların çoxalacağını xəbər vermişdir.
(A9TV; 25 Oktyabr 2012)
Müsəlman dünyanı istəsə, Allah ona dünyanı və axirəti verər. Amma kafir dünyanı istəsə, o təkcə dünyanı alar.
(A9TV; 23 Oktyabr 2012)
Səmimi, saleh cinlər vardır. Mehdi (ə.s), Allahın icazəsi ilə, belə cinlərə sahib olacaq. Onlara istədiyi işləri etdirəcək, inşaAllah.
(A9TV; 23 Oktyabr 2012)
Allah İslamda şəfqətin, gözəlliyin,əxlaqın necə olmasına diqqət çəkir. Hz. İbrahim (ə.s)-ın atasının dinsiz, ateist olmasına baxmayaraq hz.İbrahim (ə.s) ona “Atacan” deyə xitab edir. Çox şəfqət və hörmətlə davranır, nəzakətində qüsura yol vermir. Deməli, biz də kommunist, ateist, darvinist olsun kim olursa olsun, onlara təbliğ edərkən şəfqət, mərhəmət və ədalətlə yanaşmalıyıq.
(A9 TV; 21 Oktyabr 2012)
“Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” (Məryəm surəsi, 31) Ayəyə görə xristianlar namazlarını qılıb, zəkatlarını versələr, peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etsələr müsəlmandırlar. İsa Məsih namazını qılıb zəkatını da verirdi.
(A9 TV; 21 Oktyabr 2012)





