Bir yetkinlik olduğunda mehdiyyət dövründə çadra bütün dünyada sərbəst olar, çarşab sərbəst olar. Amma xanımlar çarşab örtər yoxsa örtməz artıq onu bilmirəm. Çünki elə etibarlı bir mühit olacaq ki, çarşaba ehtiyac qalmayacaq. Çünki çarşabın olması üçün etibarlı bir mühit olmaması lazımdır. Quran onu şərt qoyur.

(A9 TV; 22 Yanvar 2013)

Mənim gördüyüm dünya siyasətinə təsir edən bir güc var. Məsələn, Obama normalda iqtidara gələ bilməzdi. İslama son dərəcə hörmətli, bağlıdır. Məsələn, bütün İslama hörmətlidir. Yəni liderlərə bir şey oldu. Hər yerdə İslama hörmət və fanatikliyə qarşı bir mövqe var. Netanyahunun belə, İsrail hökumətinin belə İslamı sevən, İslam Birliyinə uyğun bir rəftarı var. Bunlara bir qrup təsir edir, bir birlik təsir edir. Bu birlik İsa Məsih (ə.s)-ın birliyidir.

(A9 TV; 22 Yanvar 2013)

Bölünməyəcəksən! Dünyaya inteqrasiya olunacaqsan. BÖLÜNMƏ SÖZÜ ŞEYTANDAN GƏLİR. İNTEQRASİYA OLUNMAQ İSƏ ALLAHDAN GƏLİR. İNTEQRASİYA OLUNMADA, BİRLƏŞMƏDƏ XEYİR VARDIR. BÖLÜNMƏ UĞURSUZ BİR ŞEYDİR, BƏLADIR. Heç kim onu ağzına almasın.

(A9 TV; 22 Yanvar 2013)

Bu dünya əsl yer deyil. Kimsə bura bağlanmağa çalışmasın. Bura imtahan yeridir. Deyir ki, “Qaşım əksik, gözüm əksik.” İmtahana gəldin, təbii ki, əksik olacaq. Mükəmməl edərmi Cənab Allah? “Burnum əyri” deyir. Cənnətdə burnun düz olacaq. Burada əyri olar. “Üşüyürəm” deyir. Cənnətdə üşüməzsən.

(A9 TV; 22 Yanvar 2013)

Tövratın Qurana uyğun olan qisimləri etibarlıdır. Peyğəmbər əfəndimiz (s.ə.v) zamanındakı Tövratla indiki Tövrat eynidir. O dövrdəki Tövratı Cənab Allah tərifləyir, amma Qurana uyğun olmayan qismini onsuz da Quran aradan qaldırır.

(A9 TV; 22 Yanvar 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)