MÜSƏLMAN QURANLA BİRLİKDƏ YARADILAR. Yəni onun olduğu yerdə mütləq Quran olar. Açıq şüurludursa mütləq kitaba çatacaq şəkildə yaradılar. Kitabdan uzaq yaradılmaz. Bu da Allahın bir sirridir. Bu bilinməyən bir sirdir.

(A9 TV; 28 Yanvar 2013)

Mühacir və Ənsar; səhabələrə də bənzəyəcəyik. Onlardakı qadın sevgisi, onlardakı uşaq sevgisi, insan sevgisi, dürüstlük, alicənablıq, yaxşı niyyət, hər cür gözəl olan duyğunu onlara bənzəyərək onlardan nümunə götürəcəyik. Biz də eyni şəkildə yaşamağa cəhd göstərəcəyik.

(A9 TV; 26 Yanvar 2013)

Allahın rəsulundakı nümunələri biz də edəcəyik. O, məsələn, şəfqətlidirsə, biz də şəfqətli olacağıq. O, qadınları sevirsə, biz də qadınları sevəcəyik. O, uşaqları sevirsə, biz də uşaqları sevəcəyik. Çiçəkləri sevirsə, biz də çiçəkləri sevəcəyik.

(A9 TV; 26 Yanvar 2013)

Müsəlman namaz qılmasıyla peyğəmbər (s.ə.v)-ə bənzəyər, oruc tutması ilə peyğəmbər (s.ə.v)-ə bənzəyər. Sevgisi ilə, məhəbbəti ilə peyğəmbər (s.ə.v)-ə bənzəyər, mərhəməti ilə peyğəmbər (s.ə.v)-ə bənzəyər. Bənzəməyə çalışar. Tam mənası ilə bənzəməsə də bənzəməyə çalışar. Amma əsas xəttləri ilə bənzəyər. Cihadı ilə, təbliğ etməsi ilə bənzəyər.

(A9 TV; 26 Yanvar 2013)

Mehdiyyətdə həmişə ikilər vardır. Məsələn, yəcüc və məcüc , Mehdi (ə.s) ikisinə qarşıdır, inşaAllah. Məsələn, hz. Mehdi (ə.s) həm dəccal, həm də Süfyana qarşıdır. İki ziddiyyət var. Həm cin, həm şeytan düşməni var. Həm maddə, həm ruh ola bildiyi üçün Zülqərneyn deyilə bilər. Həm zahir, həm batin elminə sahib olduğu üçün Zülqərneyndir.

(A9 TV; 24 Yanvar 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)