Bizim gəncliyimizi passivləşdirməyə çalışan bir çox mərkəz var. Gənclərimizi darvinist-materialist yetişdirməyə çalışırlar. Halbuki, bizim gəncliyimizin Darvinist-materialist yetişməsi PKK-nın istifadə edəcəyi əhəmiyyətli vəsait olar. Bu PKK-nın inkişafına təkan verər. Bu faydasız, qeyri-normal, elmə zidd olan vəziyyəti dövlət aradan qaldırsın.
(A9 TV; 22 Fevral 2013)
Dövlət darvinizm-materializmi elmi olaraq tənqid edən təhsil siyasəti yeritməlidir. Gəncliyimizin həyəcanlı idealı, Türk-İslam Birliyi, İslam Birliyi idealı olmalıdır. Məsələn, PKK-nın bir kürd dövləti idealı, Böyük Kürdüstan idealı vardır. Bizim gəncliyimizin də böyük bir ehtiras və həyəcanla Böyük Türk-İslam Birliyi idealı olması lazımdır. Amma sevgi dolu bir ehtirasla olmalıdır.
(A9 TV; 22 Fevral 2013)
PKK-nın tərəfdarlarının şövqü və həyəcanı, bir ideologiyası var. Onların əleyhinə olaraq bizim də gəncliyimizin şövqü, həyəcanı və ideologiyasının sağlamlaşdırılması, gücləndirilməsi lazımdır.
(A9 TV; 22 Fevral 2013)
Müsəlman onsuz da çirkin olmaz. Ağıllı bir insan mütləq gözəldir. İmanın nuru ilə baxan, ağıllı olan hər insan gözəldir. Çirkin olan ağlını istifadə etməyən, Quranın nurunu görə bilməyəndir.
(A9 TV; 23 Fevral 2013)
Müsəlmanların sərtliyə qarşı yenə şəfqətlə, ağıllı üslubla və sevgi ilə cavab vermələri lazımdır. Dünyada ən təsirli üsul budur. Dünyaya hakim olmaq istəyənlərin silahı, üsulu budur. Qurana uyğun olanı etmək əsasdır.
(A9 TV; 23 Fevral 2013)
Müsəlmanların iddialı olacaqları istiqamət döyüşçü deyil, sülhsevər istiqamətləri olmalıdır. Müsəlmanlarda hər kəsi qucaqlayan bir ruh olmalıdır.
(A9 TV; 23 Fevral 2013)
Müsəlmanlar bir-birlərinə sevgilərini artırsınlar, bir-birlərinə bağlılıqlarını, məlumatlarını artırsınlar. Məsələləri mərhəmətlə, şəfqətlə, sevgi ilə həll etməyin üstündə dayansınlar.
(A9 TV; 23 Fevral 2013)
PKK-nın dərdi kürdlük-türklük və s. deyil. Onlar bölgənin kommunist, Allahsız, Kitabsız olmasını, darvinist, materialist olmasını istəyirlər. Biz də buna icazə verməyəcəyik. Vəssalam.
(A9 TV; 23 Fevral 2013)
Müsəlmanların yaşadığı zülm İslam Birliyi ilə aradan qalxar. Qalmaqalla, çığır-bağırla deyil, elmlə mədəniyyətlə, ağılla olar. Mehdiyyətə daha möhkəm sarılmaqla, İsa Məsihi sevməklə, İsa Məsihin gəlişini gözləməklə və o qonağı həyəcan və coşğu ilə qarşılamaqla olar. Mehdi (ə.s) tələbəsi olmağın həyəcanını yaşamaqla olar.
(A9 TV; 23 Fevral 2013)
Polisi, əsgəri vurmaq Marksist-Leninist düşüncədə ibadət kimidir.
(A9 TV; 24 Fevral 2013)





