Bütün ağırlıq hz. Mehdi (ə.s)-dadır. Dünya hakimiyyəti darvinizmin, materializmin yox edilməsidir. Amma xristian aləmini hərəkətə keçirmək hz. İsa Məsih (ə.s)-ın edəcəyi işdir. Onları şövqləndirmək, İslama dəvət etmək, onlara o coşğunu vermək, onların lideri olmaq hz. İsa Məsih (ə.s)-ın edəcəyi bir şeydir.

(A9 TV; 25 Fevral 2013)

Hz. İsa Məsih xoş söhbətli, namazlarını qılan, müasir, səhabə İslamını müdafiə edən, çox gözəl müsəlmandır. Amma ictimai təbliğ etməz. Çünki ictimai təbliğ etsə diqqət çəkər. Tələbələri vasitəsilə, çox diqqəti çəkmədən təbliğ edəcək. Bədiüzzamanın ifadələri ilə daha çox siyasətlə məşğul olduğunu anlayırıq. Öz ətrafını yaradan, ətrafındakı insanların sayını çoxaldan, bir çox insanlarla tanış olan, çox sevilən yaraşıqlı bir cavan olduğunu anlayırıq.

(A9 TV; 25 Fevral 2013)

Gözəl olan İslam Birliyidir, qardaş olmaqdır, hər kəslə qucaqlaşmaqdır. Düşmənimiz qalmasın. Düşmən insana çətinlik verər, böhrana salar. Dünyada düşmənimiz qalmasın. Düşmənimiz təkcə şeytan olsun. Dəccaliyyəti elmlə, mədəniyyətlə yox edək, qardaş olub, gözəl şəkildə yaşayaq.

(A9 TV; 25 Fevral 2013)

İslam Birliyi olarkən qürurla olmaz. “Biz üstünük, böyüyük, alicənabıq, siz bizə tabe olun, biz sizdən üstünük.” Belə olmaz. “Biz xidmətçiyik, qardaşsınız, dostsunuz, yoldaşsınız. Sizi yoldaş olaraq qəbul etdik. Sizə xidmətçi olmağa gəldik.” Təvazökar, mehriban, xoş niyyətli, dost və qoruyan bir üslub əsasdır. Təkəbbürlə, əzəmətlə olmaz.

(A9 TV; 24 Fevral 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)