Mehdiyyət qasırğa kimi əsəcək, dəccaliyyətin, darvinizmin, materializmin saxta dəlillərini yaxud küfrün dəlillərini məhv edəcək. Hz. Musa (ə.s) necə bütü əridərək kül halına gətirib, dağıtdısa, mehdiyyət də darvinizmi elə fikirlə kül halına gətirib dağıdacaq, inşaAllah.

(A9 TV; 9 Mart 2013)

Hz. Süleyman (ə.s)-ın məscidini yenidən inşa edəcəyik, inşaAllah. Fələstinlilərlə israillilər qardaş olacaq. Hər kəs öz ibadətini azad şəkildə edəcək. Neçə illərdir davam edən bu çətin, iztirablı həyat bayram sevincinə çevriləcək. Cənab Allah bunu Moşiyahın edəcəyini Tövratda, peyğəmbərimiz (s.ə.v) də hədislərində bildirir.

(A9 TV; 9 Mart 2013)

İsrail Əhli-Kitabdır. İsrailin dindarları ilə ittifaq edib, dinsizliyi yer üzündən qaldırmağa cəhd göstərmək lazımdır. İsraillə sülh içərisində, qardaş kimi, dostcasına yaşamaq, onlara sahib çıxmaq, onların da fələstinlilərə sahib çıxması ən gözəl hərəkət olar. Bu da İslam Birliyi ilə olacaq, mehdiyyətlə olacaq. Moşiyahın çıxması ilə olacaq.

(A9 TV; 9 Mart 2013)

Namusumuz, şərəfimiz, vətənimiz, millətimiz, bayrağımız, Allahımız, Kitabımız bizim üçün həyatdır. Allah üçün gözümüzü qırpmadan canımızı verərik. Biz Allah üçün yaşayırıq onsuz da.

(A9 TV; 9 Mart 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)