Türkiyədəki bərəkətin səbəbi mehdiyyətdir. Mehdi (ə.s)-a olan millətimizin sevgisidir. Mehdi (ə.s)-ı, İslam Birliyini istəmələridir. Məhz buna görə Allah Türkiyəyə bərəkət verdi, maşAllah.
(A9 TV; 15 Mart 2013)
Sırf Mehdi (ə.s)-ı sevmək, İslam Birliyini istəmək belə bir qurtuluşdur.
(A9 TV; 15 Mart 2013)
Sevgisizlik ağılı dayandırdı. Ağıl dayananda iqtisadiyyat da dayanar. İnsanların şövqü, həyəcanı qalmadı. Bir-birlərinə yad oldular. Məhəbbət, dostluq yoxdur. Elə olunca ağrılar, iztirablar, çətinliklər bütün dünyanı bürüyür. Buna qarşı tədbir hz. İsa Məsihi Allahdan istəmək, Mehdi (ə.s)-ı Allahdan istəməkdir.
(A9 TV; 15 Mart 2013)
Mehdiyyət uyğunluq, mehribanlıq, yaxşılıq, gözəllik, hüzur, dinclik, şəfqət və mərhəmət deməkdir. Mehdiyyət dünya üçün vacib ehtiyacdır.
(A9 TV; 15 Mart 2013)
Mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini, əmri, həyatı asanlaşdırar, insanlar üzərindəki ağır zəncirləri qırarlar. Mehdi (ə.s)-ın da vəzifəsi asanlaşdırmaqdır. Ağır şərt zəncirlərini aradan qaldıracaq, amma xurafatçılar deyəcək ki, onların dinini öldürdü. “Bizim dinimiz ağır şərtli bir din idi, çox şərtlər vardı, bu dinimizi asanlaşdırdı, dini öldürdü” deyəcəklər.
(A9 TV; 13 Mart 2013)
Allah hər yerdə, təcəlli olar: Üzümüzdə, başımızda, qollarımızda. Allah hər yerimizi görər, təcəllisi hər yerimizi əhatə etmişdir. Daxilimizi, xaricimizi hər yerimizi bilər. Cənab Allah elmi ilə, təcəllisi ilə hər yeri əhatələmişdir.
(A9 TV; 13 Mart 2013)
Cənab Allah buyurur: “Eqoizmlə deyil, təbii vəziyyətinlə, mehribanlığınla, təvazökarlığınla yaşamalı, həddinizi bilməlisiniz “. Onsuz da biz heçik, təkcə Allah var. Biz kölgə varlıqlarıq. Əlhəmdülillah.
(A9 TV; 13 Mart 2013)
Xurafatçılar, dəccaliyyət hücum edir deyə müsəlman hüznə qapılmamalıdır. Nizam hiylə ilə qurularkən o nizamın qurulmasını Allah müəyyənləşdirir. Allah hikmətlə yaradır.
(A9 TV; 13 Mart 2013)
“Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. (Nəhl surəsi, 127)
Öz-özünə səbir edə bilməzsən, Allah sənə səbir etdirər. Qədərində varsa , Allah yaratsa səbir edirsən. Yoxsa səbir edə bilməzsən.
(A9 TV; 13 Mart 2013)
Musiqini Allah dinlətdirir. Allah bəyənməmizi təmin edir. Musiqini eşidərkən, dəhşətə düşərdik. Musiqidən zövq alırıq. Yaradan da Allahdır, zövq verən də Allahdır. Musiqinin hamısı cənnətdə var.
(A9 TV; 13 Mart 2013)





