Sevgi ilə, nəzakətlə ən əsəbi bir insanı belə sakitləşdirmək mümkün olur. Bir cəmiyyətin əsəbi və hirsi çox gözəl yatırıla bilər. Amma qışqırıb çığıraraq, qoçuluq edərək, rüsvayçılıq çıxararaq, təhdid edərək, qatı dinçiliklə cəmiyyəti yatırmaq mümkün olmaz.
(A9 TV; 5 İyul 2013)
İnsan sənətlə xoşbəxt olar. Gözəl geyinən insanları, gözəl evləri görərkən xoşbəxt olar. İnsanlar gözəllik axtarar; musiqidə, şəkildə, heykəldə gözəlliklər axtarılır. Onları görəndə insan xoşbəxt olar.
(A9 TV; 5 İyul 2013)
Zərbə endirmək Yaxın Şərqə və Asiyaya məxsus çirkin xüsusiyyətdir. 3-cü Dünya ölkələrində ortaya çıxan primitiv bir hərəkətdir.
(A9 TV; 7 İyul 2013)
Bizim müvəffəqiyyətli olmağımızın səbəbi Qurana tam riayət etməyimiz, Allahdan başqasından qorxmamağımız və dünyaya bağlı olmamağımızdır.
(A9 TV; 7 İyul 2013)
İhvan canımızdır, “Quran yetərli” deyərək sevgi dolu və səmimi olsa düşdüyü vəziyyətdən xilas ola bilər.
(A9 TV; 7 İyul 2013)
Ən böyük silah sevgidir. Təkidlə sevgini dəstəkləməli, nifrətə yer verməməliyik. Əsəbi halda, kinlə yanaşsan insanlara heç nəyi qəbul etdirə bilməzsən.
(A9 TV; 7 İyul 2013)
Hadisələrə tam siyasət gözü ilə deyil, iman gözü ilə baxmaq lazımdır. Bütün “dərin dövlətlərə”, insanlara və hadisələrə hakim olan Allahdır. Hadisələrin ledün cəhətlərini yaxşı görmək lazımdır.
(A9 TV; 7 İyul 2013)
Misirdə yaşananlar ən incə məqamlarına qədər qədərdə müəyyəndir. Bütün güc Allahın əlindədir. Orada ürəkləri uyğunlaşdıracaq olan Allahdır.
(A9 TV; 7 İyul 2013)
Quranın yetərli olmasına inansan xurafat, qatı dinçilik də aradan qalxar. Quranın yetərli olduğunu qəbul etsən şiəni, ələvini, vəhhabini də sevərsən. Hamısını canından olan kimi qəbul edərsən. Çadralı xanımları da, başı açıq xanımları, dekoltə geyinən xanımları da başımızın tacı etməli, hörmətlə yanaşıb sevgi göstərməliyik. Onları narahat etmək olmaz.
(A9 TV; 7 İyul 2013)
Peyğəmbərimiz (s.ə.v) Misirdə böyük hadisələr olacağını hədislərində dəqiqliklə bildirmişdir.
(A9 TV; 7 İyul 2013)





