Suveren güclərə, İlluminatiyə, massonluğa, Tampliyerlərə, Gülhaç təşkilatına, “dərin dünya” dövlətinə hakim olan da Allahdır.
(A9 TV; 7 İyul 2013)
Qurandan kənara çıxmaq olmaz. Haşa, Allahın Kitabına yetərsiz desən xoş olmaz. Allah “yetərli” deyir, sən isə “yetərsiz” deyirsən. Allah “hər şeyi açıq-aşkar bildirdim” deyir. Sən isə “heç bir şey açıqlanmamışdır, yarımçıqdır” deyirsən. Allahın Kitabına meydan oxuyursan, haşa. Allahın Kitabına meydan oxusan Allaha meydan oxumuş sayılırsan, haşa.
(A9 TV; 7 İyul 2013)
Misirdə də “seçki ilə gəldim, istədiyimi edərəm” demək düzgün deyil. Bütün xalqın istəklərini yerinə yetirmək lazımdır. Kommunistdirsə, onun haqlarını müdafiə etmək, dindarsa, onun haqlarını müdafiə etmək, yəhudidirsə onun haqlarını müdafiə etmək, hər kəsi qoruyub, hörmət etmək lazımdır. Hökumətin vəzifəsi də budur.
(A9 TV; 6 İyul 2013)
Həm İsrailə, həm Fələstinə, Fələstinin yaxşı insanlarına, İsrailin yaxşı insanlarına, şəfqətli insanlarına şəfqət göstərmək, hörmət göstərmək, yaxınlıq etmək İslam əxlaqının bir göstəricisidir. Birini bir kənara qoyub digərini ön plana almaq müsəlmana yaraşmaz.
(A9 TV; 6 İyul 2013)
İslam aləmini qatı dinçilik sıxıb qovurur. İhvan buna fikirlə bir zərbə endirsin, müasir İslam anlayışını, səhabə İslam anlayışını ortaya qoysun.
(A9 TV; 6 İyul 2013)
Misir müşavirə ilə hərəkət etsə, şəfqəti, sevgini ön plana çəkib müasir İslam anlayışını, səhabə İslam anlayışını ön plana alsa, sənəti, elmi, estetikanı, demokratiyanı ön plana çıxartsa, Misirdə vəziyyət çox gözəl olar.
(A9 TV; 6 İyul 2013)
İsraili dəstəkləmək Quran əxlaqından irəli gəlir. Çünki Qurana əsasən İsrail orada olacaq. Ayədə bildirilir, onların vətəni oradır.
(A9 TV; 6 İyul 2013)
İslamı fanatikləşdirmək olmaz. Dünyanın heç bir ölkəsi belə İslam anlayışını qəbul etməz. Qatı dinçiliklə dünya hüzur içində olmaz, rahat yaşaya bilməzsiniz. Qurandakı İslam, Qurana uyğun bir həyatla rahat yaşamağı təmin edir.
(A9 TV; 5 İyul 2013)
Yəhudiləri zəif görüb onlara qarşı nifrət siyasəti yeritmək zülmdür, çox qorxuncdur. Zülm, zülmü gətirər. Bir ovuc yəhudiyə şəfqətlə, mehribanlıqla, incə ruhla yaxınlaşmaq, Misirdəki o gərginliyin azaldılmasında çox əhəmiyyətli, əsas səbəblərdən biri olar.
(A9 TV; 5 İyul 2013)
Qatı dinçilik heç bir yerdə iqtidar olmaz. Qatı dinçilikdən imtina etməlidirlər. Mehdiyyət, Quran, sevgi, şəfqət, mərhəmət cəhətləri ilə İslam anlayışını Allah həmişə qoruyub, dəstəkləyər.
(A9 TV; 5 İyul 2013)





