Qorxu heyvani bir instinktdir. Cəsarət isə ağıl və imanla əldə edilər.
(A9 TV; 5 sentyabr 2013)
Şüarlar dünyanın hər yerində həmişə nifrətə aid olub. Sevgiyə aid olan şüar heç görmürük.
(A9 TV; 5 sentyabr 2013)
İnsanlar kütlə psixologiyasına qarşı çox diqqətli olmalıdırlar. Kiçik cəsarətlər bir yerə gəlincə böyük və çirkli bir cəsarət partlaması meydana gələ bilər.
(A9 TV; 5 sentyabr 2013)
Amerika gözəl bir iş görmək istəyirsə, Mehdi (ə.s)-ı, İsa Məsih (ə.s)-ı axtarıb tapsın, İslam aləmini birləşdirib İslam Birliyinin yaranmasını təmin etsin.
(A9 TV; 5 sentyabr 2013)
Allahı sevmək ağıl və əmək tələb edir. Eləcə də həqiqi dindarlıq ağıl, incəlik, vicdan tələb edir.
(A9 TV; 5 sentyabr 2013)
Nifrət az əməklə çox asan əldə edilə bilər. Qəddarlıqda da heyvani instinkt kifayət edir. Ağıldan istifadə etməyə ehtiyac yoxdur. Amma sevgi elə deyil. Sıx şəkildə ağıl və iradədən istifadə edilməli, əmək sərf edilməlidir. Sevgi həssas bir şeydir, tez yıxılar, məhv olar.
(A9 TV; 5 sentyabr 2013)
Dünyanın tarixini anlamaq üçün ilk öncə Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə və Tövrata baxmaq lazımdır. Bütün dünyanın planı, tarixi, hamısı Quranda, hədisdə və Tövratda var.
(A9 TV; 5 sentyabr 2013)
Hal-hazırda dünyada bütün sistem Moşiyah, yəni Mehdi (ə.s) oxu ətrafında fırlanır.
(A9 TV; 5 sentyabr 2013)
Qatı dinçiliyə küfr və zərbə ilə deyil, təhsil və mədəniyyətlə cavab vermək lazımdır.
(A9 TV; 4 sentyabr 2013)
Allah insanların dünyanı sevməməsi üçün hər şey yaratmışdır. Lakin insanlar bu qədər acizliklərinə baxmayaraq dünyaya dəli kimi bağlanarlar. Acizlikləri ilə boğuşarkən bir tərəfdən də dəli kimi dünyaya bağlanırlar.
(A9 TV; 4 sentyabr 2013)





