Haram insanı sıxan bir şeydir. Haram mömini parçalayar. Haram olduğunu bilə-bilə harama girmək, haram iş görmək mümkün deyil. Amma imanı zəif olanlarda bədən iflic olduğu üçün, ət çürüdüyü üçün harama girməkdən təsirlənməzlər. Rahat şəkildə harama girərlər. İnsan diri olduğu halda harama girməsi qeyri-mümkündür. İnsan ancaq ölü olduğunda harama girə bilər. Dirinin gücü çatmaz, harama girmək dözülməz bir əzabdır. Möminin edə biləcəyi bir şey deyil.

(A9 TV; 7 sentyabr 2013)

Biz dünyaya Allaha, dinə xidmət üçün gəlirik. Gözəl əxlaqı, sevgini, vəfanı yaşamağa gəlirik. Dünyəvi mənfəət arxasında olanlar parazit düşüncədə yaşayırlar. Müsəlman dünyəvi mənfəət arxasınca qaçıb dünya malına tamah salmaz. Özünü Allaha tam təslim edər.

(A9 TV; 7 sentyabr 2013)

İnsanları uzaqlaşdırma siyasəti çox səhvdir. Bir insan səhv də etsə onunla görüşüb doğru olanı təlqin etmək lazımdır. Təzyiq etmək mehdiyyətin ruhuna uyğun hərəkət deyil. Mehdiyyət ruhuna uyğun olan, haqq olan; hər kəsi qurtarmaqdır.

(A9 TV; 5 sentyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)