Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri ilə əlaqədar yüzlərlə hədisi var. Bu hədislər bir çox insanlar tərəfindən nəql edilmişdir, çünki təsdiqlənmiş, eynisi ilə də çıxmışdır. Hədis təsdiqləndisə, deməli o dəqiq hökmdür.
(A9 TV; 5 oktyabr 2013)
Münafiqin hökmü çox ağırdır. Axirətdə dinsiz belə münafiqdən üstün təbəqədədir.
(A9 TV; 5 oktyabr 2013)
Həqiqi müsəlman, eyni zamanda, həqiqi yəhudidir, həqiqi xristiandır.
(A9 TV; 5 oktyabr 2013)
Madonna ağıllı bir insandır. Keçən il onunla Çırağan sarayında 3 saata qədər görüşümüz olmuşdu. Ona kitablarımdan çoxlu hədiyyə verdim. Allah ona hidayət bəxş etdi inşaAllah. Fəaliyyətlərimizi vəsilə etdi.
(A9 TV; 5 oktyabr 2013)
İsrailə qarşı bəslənilən nifrət və dəhşət siyasəti dərhal aradan qalxmalıdır. İsrailin də, lazımsız, boş şübhələrdən uzaq durmaları məsləhətdir.
(A9 TV; 4 oktyabr 2013)
Kiçik bir ölkəni İsrailə çox görmək vicdana uyğun hərəkət deyil. İsrail milləti çalışqan, ağıllı, dəyərli insanlardır.
(A9 TV; 4 oktyabr 2013)
İsrailə ən gözəl kömək İslam Birliyinin yaradılmasıdır. İsrail bu birliyin təhlükəsizlik və dincliyindən istifadə edəcək.
(A9 TV; 4 oktyabr 2013)
Qurana uymayan hər yerdə zülm vardır.
(A9 TV; 4 oktyabr 2013)
Nə münafiqlərin, nə də materialistlərin Allahın diləməsi xaricində bir gücləri yoxdur.
(A9 TV; 4 oktyabr 2013)
İstəyən dini tənqid edə bilər, Allaha inanmadığını söyləyə bilər, dinə inanmadığını söyləyə bilər, amma söyərək, təhqir edərək deyil. Mən kommunizmi tənqid edirəm, amma kommunizmi söymərəm, təhqir etmərəm.
(A9 TV; 4 oktyabr 2013)





