İslam Birliyinin bir xəyal olduğunu qəbul edənlər yanılırlar. Allah İslam Birliyi barəsində: “Bu bir xəyaldır” demir, “Vəd edirəm, mütləq edəcəyəm” deyir. inşaAllah.
(A9 TV; 6 oktyabr 2013)
Aradan 2000 il keçib, İsa Məsih ikinci dəfə dünyaya qaytarıldığında, romalı əsgərlərin qapıda durduğunu zənn edəcəklər. İsa Məsih bir an keçdiyini, yatdığını zənn edəcək. Bir saniyə qədər yatdığını zənn edəcək. Min ildə Allah qatına çıxmış və min ilə də enmişdir.
(A9 TV; 5 oktyabr 2013)
Allah Quranda min ilin nisbi olduğuna diqqət çəkir. İsa Məsih min ildə Allah qatına yüksəldi, min ildə də Allah qatından endi. Amma bu göz açıb bağlayana qədər oldu, yəni bir an içində. İsa Məsih (ə.s) gözünü bağladı, Allah qatına yüksəldi, gözünü açdı, dünyaya endi.
(A9 TV; 5 oktyabr 2013)
Hicri 1506-cı ildən əvvəl İstanbulda zəlzələlər yox idi, inşaAllah. Dünya hicri 1506-cı ildən cəhənnəmə çevrildi. Bu vəziyyət 1545-ci ilə qədər davam edəcək. Zəlzələlər, fəlakətlər, bəlalar, vətəndaş müharibələri, qiyamlar olacaq. Bir faşist, kommunist qiyamı, üsyanı olacaq, dünyanı bürüyəcək. Qan su yerinə axacaq.
(A9 TV; 5 oktyabr 2013)
İnsan: “çox xoşbəxtəm, çünki türkəm” deyərkən genetik mənada saf türkü nəzərdə tutursa vicdansızlıq edir. Amma Türkiyə sərhədləri içərisindəki hər kəsi nəzərdə tutursa bu bir həmyerlilik coşğusudur.
(A9 TV; 5 oktyabr 2013)
Mənə deyirlər ki; “Madonna ilə niyə görüşdün?” “Massonlarla niyə görüşdün?”. Hidayətlərinə vəsilə oluruq. Hamısında İslama, Qurana bir heyranlıq yaranır. Əlhəmdülillah, maşaAllah.
(A9 TV; 5 oktyabr 2013)
“Nə xoşbəxtdir Türkəm deyən” deməkdə məqsəd, laz, çərkəz, kürd millətimizdir.
(A9 TV; 5 oktyabr 2013)
Rəsmi dilin türkcə olması yalnız Türkiyə üçün deyil, bütün dünya üçün bir rahatlıqdır.
(A9 TV; 5 oktyabr 2013)
Dindəki hökmlər, danışıqlar üstüörtülü deyil. Hər şey açıq və dəqiqdir.
(A9 TV; 5 oktyabr 2013)
İnsanları aldatmağa ehtiyac yoxdur; Mehdi (ə.s) da, İsa Məsih (ə.s) da artıq həyatdadır və hal-hazırda fəaliyyətdədirlər.
(A9 TV; 5 oktyabr 2013)





