İstanbulda hicri 1506-cı ilə qədər dağıdıcı zəlzələlər olmayacaq. Kiçik sarsıntılar ola bilər, amma dağıdıcı zəlzələ olmayacaq, inşaAllah.
(A9 TV; 20 noyabr 2013)
Avropa Birliyinə girməyin tək bir yolu var, o da mehdiyyətdir. Mehdilik ruhu, mehdiyyət sevgisi, şəfqəti, səmimiyyəti, mehdiyyətin baxışı demokratiyaya, sənətə, söhbətə, elmə, Avropa Birliyi üçün idealdır. Xristian-müsəlman ittifaqı üçün lazımlıdır.
(A9 TV; 20 noyabr 2013)
Bədən imanı tanıyır. Bədən və hüceyrələr imanı sevir. Hüceyrələr imanla xoşbəxt olar və haqqı ilə yaşamağa başlayar, sağlam yaşayar. Yəni xəstə olmaz. Əksinə olduqda isə xəstə olar.
(A9 TV; 20 noyabr 2013)
İman üzün fiziki olaraq dəyişikliyinə səbəb olur. Normal halda vücud dəyişmir. Bunda bir qeyri-adilik vardır. Yəni iman insan üzündə fiziki dəyişikliyə səbəb olur. İnsanın imanlı olub olmaması ilk olaraq üzündən bilinir. Deməli, iman hüceyrələr tərəfindən tanınır.
(A9 TV; 20 noyabr 2013)
İslam aləminin bir lideri olmalıdır. Yüz min ağıldan yüz min qarşıdurma, savaş, yüz min ayrı fikir, ziddiyyət çıxır. Tək bir ağılda nə ziddiyyət olar, nə qarşıdurma olar, nə fitnə olar, nə də döyüş olar. Heç bir şey olmaz.
(A9 TV; 19 noyabr 2013)
Dövlətimizin siyasi şüura, dərin imana, Quran əxlaqına sahib, darvinizmin, materializmin etibarsızlığını yaxşı bilən, böyük Türkiyəni hədəfə alan, İslam Birliyini hədəfə alan, yəni hədəfi Türk-İslam Birliyi olan, ehtiraslı, qərarlı, ölümdən qorxmayan, sülh istəyən, elmi, sənəti ən gözəl şəkildə müdafiə edən gənclər yetişdirməsi lazımdır.
(A9 TV; 19 noyabr 2013)
Təlim keçməyən insanlarda vəhşiliyə, yandırıb-yıxmağa qarşı bir meyl olur. Yandırıb-yıxmaq, haqqı inkar etmək, dinsiz olmaq çox asandır. Amma dindar olmaq, gözəl əxlaqlı olmaq ağıl, iradə, səbir, fədakarlıq tələb edir. Bu isə asan deyil. Ona görə də, kommunist düşüncə çox tez inkişaf edər.
(A9 TV; 17 noyabr 2013)
Mehdiyyətin xüsusiyyəti, güclü inanc sistemi üzərinə qurulmasıdır. Yıxılmamasının da səbəbi budur. Güclü bir iman zəmini üzərinə siyasət qurmaq lazımdır. Unutmamaq lazımdır ki, güclü siyasi manevrin heç bir dəyəri yoxdur. Güclü siyasi manevrlər üzərinə qurulmuş sistemlər mütləq yıxılar, müvəffəqiyyətsiz olar. Bunu unutmaq olmaz.
(A9 TV; 17 noyabr 2013)
Türkiyənin və bölgələrinin otuz il sonrasını düşünərək ona uyğun plan qurulması lazımdır. Bu sistem güclü inanc üzərinə qurulmasa, müvəffəqiyyətli siyasi manevrlər üzərinə qurulsa, müvəffəqiyyətli siyasi manevrlər bir müddət sonra tam tərsinə dönə bilər.
(A9 TV; 17 noyabr 2013)
Hz. Mehdi (ə.s) dürüst və mərd olacaq. Nəyisə bildiyi halda onu gizlətməyib, kitabları ilə, CD-ləri ilə açıqlayacaq.
(A9 TV; 15 noyabr 2013)





