Mehdi (ə.s)-ın üstü 70 pərdə ilə örtülüdür. Onlar birinci, ikinci pərdəni belə aşa bilməz, görə bilməzlər, “Mehdi (ə.s) budur?” deyəcəklər. Hal-hazırda dünyada  Mehdini axtarırlar. Tapa bilməzlər, əbəs yerə çalışırlar. Saxlaya da bilməzlər.

(A9 TV; 23 noyabr 2013)

İdman əslində dövlət tərəfindən icbari olmalıdır. Hər gün ən az bir saat, yarım saat idman dərsi keçirilməlidir. Sağlam gəncliyin yetişməsi üçün əhəmiyyətlidir. Yaxud gün aşırı edilə bilər. Mühüm olan gəncliyin ruhən və fiziki cəhətdən sağlam olmasıdır.

(A9 TV; 23 noyabr 2013)

Bədiüzzaman deyir ki, “hər şeydə ifrat, ifratdır”. Yəni həddindən artıqdır. “Əlaqə saxlamaqda ifrat mükəmməldir” deyir. Əlaqə saxlamaqda, yəni bir-birlərinə baş çəkməyin, görüşməyin, söhbətin çox olması mükəmməldir, gözəldir. Müsəlmanlar bir-birləri ilə görüşdə, söhbətdə ifrata yol verməlidirlər.

(A9 TV; 23 noyabr 2013)

Söhbətdə bərəkət vardır. Səhabələr həmişə söhbətdə kamala çatardılar. Peyğəmbərimiz (s.ə.v) ilə on dəqiqə olsa belə söhbət edərək kamala çatardılar. Söhbət ilə bərəkət gələr və söhbətdə dua ən gözəl nemətlərdən biridir. İnsan dua ilə qidalanar.

(A9 TV; 23 noyabr 2013)

Keyfiyyətsizlik insanları məhv edir, gizli-gizli məhv edir. Məsələn, bütün Yaxın Şərqi yaxıb qovuran, Misiri, Mərakeşi, Tunisi, Əlcəzairi məhv edən keyfiyyətsizlik hal-hazırda Türkiyədə də insanlara hücum edir.

(A9 TV; 23 noyabr 2013)

Ülfətin bu istiqamətdən faydası ola bilər. Allah tərəfindən insanlara Allah qorxusundan həlak olmamaları üçün verilmiş bir xüsusiyyətdir. Ülfət insanlarda psixoloji sakitləşməni təmin edir. Yəni insan üçün əsəb dərmanı kimidir. Psixoloji sakitləşdirici kimidir.

(A9 TV; 23 noyabr 2013)

Ülfətə qarşı Allaha dua edilməlidir. ”Ya Rəbbim, məni ülfətdən qoru. Möhtəşəm məlumatın təsirliliyini ürəyimə, ruhuma hakim et. İmanıma vəsilə olan bu dəyərli elmi ülfətlə yox etməkdən məni qoru”.

(A9 TV; 23 noyabr 2013)

Ülfət qeyri-adi bir şeydir. Məsələn, peyğəmbər (s.ə.v)-in möcüzəsini eşidir, gözləri dolur, heyrətlənir. Ülfət onu bir anda udub məhv edir. İnsanda ülfət meyli vardır. Ülfətə müqavimət göstərmək lazımdır.

(A9 TV; 23 noyabr 2013)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)