Münafiq həmişə davakardır. Dalaşmaq və etiraz etmək mövzu axtarar. Bir münafiqin xüsusiyyətini buradan anlaya bilərsiniz. Dərhal bir şeyə etiraz etmək istəyər, dərhal dalaşmaq, anarxiya ruhu içərisindədir.

(A9 TV; 12 may 2016)

Rəsulullah (s.ə.v) dövründə də insanlar deyirdi; “evim açıqdır, gələ bilmərəm”. “Həyat yoldaşım var, ərim var”. Halbuki vicdanən bilirlər. Ərin, o da müsəlman olsun, o da gəlsin. Övladın, o da müsəlman olsun, o da gəlsin. Övladını da İslama qazandır, həyat yoldaşını da İslama qazandır, özün də İslama xidmət et.

(A9 TV; 12 may 2016)

Səbir düşünərək əldə edilər. Birdən-birə əldə edilməz. Belə olsun deməklə olmaz. Tədqiq etmək, araşdırmaq, Allahın sənətini bilmək, Allaha təslim olmaq lazımdır. Bu hər kəsin edə bildiyi bir şey deyil. Səbir edənlərdən olmaq böyük nemətdir. Səbir edənlər, onlar ayrı bir cəmiyyətdir.

(A9 TV; 12 may 2016)

Səbri tolerantlığa çevirməmək lazımdır, başqa cür səbir əziyyət olar. Səbir Allaha təvəkküllə, məmnuniyyət içində “Allah yaradırsa xeyir vardır” deyib sıxıntı, iztirab çəkmədən gözləməkdir. Başqa cür olduqda dözümlülük olur ki, o çətindir, Allah verməsin.

(A9 TV; 12 may 2016)

Münafiq həmişə alçaq və mənfəətpərəstdir. Həmişə xeyir güdən, hiyləbazdır. Öz mənfəəti üçün yaşayar. Mənfəətinə zidd düşən bir vəziyyətdə vəhşiləşər, təcavüzkarlaşar.

(A9 TV; 12 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)