Münafiqə nəsə söyləmək mümkün deyil. Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək də mümkün deyil. Məsələn; “bu pis əməli etmə” deyə bilməzsən münafiqə. Lovğalıq edər, hiyləgərlik edər, o anarxist azğın ruhunu ortaya çıxardar. Lakin çox məharətlə izah edilə bilər, dolayı yol ilə izah edilə bilər.
(A9 TV; 12 may 2016)
Münafiq eyni zamanda ov iti kimidir. Yəni küfrün ən murdar adamlarını o tapacağı üçün, onun tapdığını müsəlman tutub elmlə, irfanla təsirsiz hala gətirər. Müsəlman onları haradan tapsın ki? O, şeytani güclə, o qoxunu hiss edər.
(A9 TV; 12 may 2016)
Müsəlmanlar homoseksuallığa qarşıdır, darvinizmə qarşıdır, lakin münafiq onları vəli və dost tutar. Harada dərin dövlət mənsubu vardırsa və ya harada bir hiyləbaz vardırsa, harada həyasız bir ədabaz vardırsa, harada İslama pislik etmək istəyən murdar insanlar vardırsa gedib onları tapar münafiq.
(A9 TV; 12 may 2016)
Mömin mutmain olar, səbirli olar, qənaətcil olur. Fitnədən qaçar, xaosdan qaçar. Gərginlik olmasın, ortalıq dinc olsun məntiqində olar. Münafiq belə deyil, həyasızdır, dəli xasiyyətlidir, nə olacağı onu maraqlandırmaz, dəlisov mənfəəti üçün təcavüzkarlaşar, həyasızlaşar, azğınlaşar. Şeytan kimi anarxistdir ruhu.
(A9 TV; 12 may 2016)
Münafiq yaxşılıqdan anlamaz. Müsəlmanlara olan qəzəbi heç vaxt dinməz. Kini həmişə içindədir, gizlədə bilməz. Balaca səbəb gördüyü zaman dərhal psixopatlığını, o anarxist ruhunu, azğın və dəli ruhunu dərhal göstərər. Lakin müsəlman belə deyil. Müsəlman məmnundur, əmin-amanlığa nail olmuşdur.
(A9 TV; 12 may 2016)
Münafiq İslama xidmət etməyi heç xoşlamaz. Hər söz onun ciyərinə sıxılmış güllə kimi iztirab verər. Lakin sırf müsəlmanlara şirin görünmək üçün, öz aləmində diqqət çəkməmək üçün, hiddətlə özünü yenə bir az xidmət edirmiş kimi göstərər.
(A9 TV; 12 may 2016)
Münafiq boş işlərlə vaxt keçirər, öz səfasına aid işlərlə vaxt keçirər. İstəsə İslama xidmət edər. İnternetdən də xidmət edər, şifahi şəkildə də xidmət edər, hər cür xidmət edər. Lakin pul versən bunu edər, mənfəəti olsa. Lakin mənfəəti olmadıqda etməz.
(A9 TV; 12 may 2016)
Münafiqlərin üslubları çox lovğadır. Sayğısız və özünü bəyənən olmaq, onlar üçün mühüm məsələdir. Natiqlik etmələri də həmişə lovğa formadadır.
(A9 TV; 12 may 2016)
Münafiqlər zalım, anarxist ruhlu, psixopat, davakar, sevgisiz, kinli, manyak ruhlu kimsələrdir. Buna görə də münafiq heç vaxt sakitləşməz.
(A9 TV; 12 may 2016)
Münafiq öz mənfəətinə zidd düşən bir vəziyyət olmadıqda sakit olar. Lakin öz nəfsi və mənfəətləriylə zidd düşülən vəziyyətlərdə, o anarxist, dəli ruhu, o şeytani ruhu dərhal ortaya çıxar.
(A9 TV; 12 may 2016)





