Mühüm məsələlərdə ictimai zəmin yaratmaq, ictimaiyyətə müsbət təlqinlər etmək çox əhəmiyyətlidir. Allaha şükür Allah fəaliyyətlərimizi vəsilə edir.
(A9 TV; 9 avqust 2016)
Ən gərgin dövrlərdə belə Türkiyə təyyarə böhranı üçün üzr istəsin, Rusiya ilə dost olaq dedik. Pravdada mövzunu izah edən yazılarım dərc olundu.
(A9 TV; 9 avqust 2016)
Rusiya ilə Türkiyənin ortaq müdafiə paktı meydana gətirməsi çox gözəldir. İran və Azərbaycan da bu ittifaqa qoşulsa bölgə üçün çox gözəl olar.
(A9 TV; 9 avqust 2016)
Bir insan yalnız Allahın rizasını istəsə, bəzi şeylərdən məhrum qaldığını düşünsə belə dünyanın ən xoşbəxt, sevgini ən gözəl yaşayan insanı olar.
(A9 TV; 8 avqust 2016)
Münafiqlərin əxlaqsızlığı ilə Peyğəmbərimiz (s.ə.v)-in əxlaqının gözəlliyi arasındakı ziddiyyət zibilliyin içində almazın parıldaması kimidir.
(A9 TV; 8 avqust 2016)
Münafiqlər öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-ə zərər vermək üçün nifrət dolu baxır, narahat etməyə çalışırdılar. Münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-in yanında olmalarının səbəbi əleyhinə istifadə edə biləcəkləri məlumat əldə edə bilmək, fitnə törədə bilmək idi. Hiyləgərcəsinə Peyğəmbər (s.ə.v)-i izləyir, Peyğəmbər (s.ə.v)-dən müsəlmanların əleyhinə məlumat ala bilmək istəyirdilər. Həmişə baxışlarında pislik var idi.
(A9 TV; 8 avqust 2016)
Münafiqlər və kafirlər, Allahın, möminlərin mənəvi məqamını ucaltmaqda istifadə etdiyi iki dəstədən biridir.
(A9 TV; 8 avqust 2016)
İslam Birliyinə, Quranın kafiliyinə, İsa Məsihə, mehdiyyətə qarşı çıxan kəs, Allaha qarşı çıxmış olar. Allah bunun əvəzini çıxar.
(A9 TV; 8 avqust 2016)
Qüds, Məkkə, Mədinə mübarək diyarlardır. Adlarını eşitmək belə qəlbə rahatlıq verər. Qüdsdə inşaAllah hz. Süleymanın məscidini yenidən inşa edəcəyik. Hər yeri meyvə bağçası edəcəyik, hər yer tərtəmiz gül kimi olacaq. İnşaAllah susuzluq problemi bitəcək, Qüdsdən çay keçəcək.
(A9 TV; 8 avqust 2016)
Silahsız insanı gülləbaran etmək, tankın altında əzmək alçaqlıqdır. Dövlət çevrilişi edən qatillərin sadist və zalım olduqlarını bütün dünya gördü.
(A9 TV; 8 avqust 2016)





