Türkiyə üçün əsil təhlükə PKK-dır. Türkiyə sərhədində kilometrlərlə sahə PKK-nın nəzarəti altındadır. Əsil əhəmiyyətli məsələ budur.

(A9 TV; 25 avqust 2016)

Ən mühüm işğal, beyinlərin işğalıdır. Əvvəlcə gənclərin beyinləri darvinist materialist işğaldan xilas edilməlidir. Bu da təhsillə mümkündür.

(A9 TV; 25 avqust 2016)

Təhsil müəssisələrində; “əcdadınız meymundur, sizi Allah yaratmadı, haşa Peyğəmbər yalan söylədi” deyilir. Həmçinin darvinizmin elmi cavabının verilməsi qadağandır. Demək olar ki, heç bir ölkədə, heç bir təhsil müəssisəsində darvinizmə qarşı çıxmaq mümkün deyil. Darvinizm elmi cəhətdən çökmüşdür demək qadağan edilmiş vəziyyətdədir. Təhsil sistemindəki bu birtərəfli təkidin və təzyiqin aradan qalxması və darvinizmin elmi cavabının da mütləq izah edilməsi vacibdir.

(A9 TV; 25 avqust 2016)

PKK ilə mübarizə təkcə fikirlə olar, təkcə bu zaman müvəffəqiyyət əldə edilər. PKK-nın təməl fəlsəfəsinin qaynağı olan darvinist materialist təhsilin, təhsil müəssisələrində mütləq cavabı verilsin, elmi açıqlama verilsin. Birtərəfli darvinist materialist təhsilə son qoyulmadıqca, yəni bu ideologiyanın elmi cavabı verilmədikcə, terror bəlası bitməz.

(A9 TV; 25 avqust 2016)

Terrorla mübarizədə yanlış üsul tətbiq edilir. Əvvəlcə təhsil müəssisələrində gənclərə; “sizin əcdadınız meymun idi, ilk əcdadlarınız da ibtidai icma həyat yaşayırdı, tarix bir parabola izləyir və indi yenidən əcdadlarımızın yaşadığı ibtidai icma cəmiyyətinə doğru qayıdırıq, hazırkı sistemi dağıtmağın yolu da zorakılıqdır” deyilir. Buna görə də “məhv olsun terror” demək deyil, terrorun bu fikri zəminini aradan qaldıracaq mədəni iş görmək lazımdır.

(A9 TV; 25 avqust 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)