Dini haşa ehkam və adət kimi görüb Qərbin Mövlana fəlsəfəsi ilə uzlaşacağını söyləmək çox yanlış məntiqdir. Rumiliyi sevmələrinin səbəbi İngiltərə dərin dövlətinin İslamsız, Quransız bir müsəlmanlıq yaratmaq istəməsi, rumiliyi də buna uyğun görməsidir.

(A9 TV; 26 sentyabr 2016)

Uşaqlığımızda bizə bəhs edilən dindar bir Mövlana var, ona hörmətimiz var. Lakin İngiltərə dərin dövlətinin bəhs etdiyi Mövlana tam fərqli biridir. Onların bəhs etdiyi Mövlanada haram halal edilir, Məsnəvi Qurandan daha üstün görülür, haram olan homoseksuallıq müdafiə olunur.

(A9 TV; 26 sentyabr 2016)

İngiltərə dərin dövləti məsələsində həm Türkiyədə, həm də İslam aləmində hər kəsin diqqətini çəkək. O zaman səbəb olduqları əzabların hamısı bitər. Əslində çox mürəkkəb vəziyyət yoxdur. İngiltərə dərin dövləti başda Osmanlı olmaqla, dünyanı məhv etmiş və bu indi dəyişəcək inşaAllah.

(A9 TV; 25 sentyabr 2016)

Rusiya da İngiltərə dərin dövlətinin çirkin tərəfini görməyə başladı. Yaxında bütün cəmiyyətlər İngiltərə dərin dövlətinə birlikdə “dayan” deyəcək. İngiltərə dərin dövlətinin bütün çirkli dəhlizlərinə giriləcək, 500 ildir gizlətdikləri qaranlıq arxivləri ortaya çıxardılacaq və bu quruluş elmlə yox ediləcək.

(A9 TV; 25 sentyabr 2016)

Hər insanın iki gözü də kordur. Göz elektrik axınını beyinə çatdıran cihaz kimidir. Beyində gözü olmadan təsviri görən biri var. Beyinin içində qulağı olmadan musiqini dinləyən kimdir? Təkamülçülər bir dəfə belə bu mühüm mövzu üzərində dayanmırlar.

(A9 TV; 25 sentyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)