Şiələr tərtəmiz müsəlmandırlar. Şiələrin əleyhinə heç nəyi dəstəkləmərik. Şiələrin həmişə yaxşı, həmişə gözəl olmasını istəyərik. Hamımız qardaşıq. Şiələrlə sünnilərin döyüşməsi yalnız İngiltərə dərin dövlətinin işinə yarayar. İran, Türkiyə, Pakistan birləşsə müsəlmanlar dəhşətli dərəcədə güclü olar.

(A9 TV; 2 oktyabr 2016)

Mehdiyyətin dayandırılması qeyri-mümkündür. Mehdiyyət taledə haqdır. Allah mehdiyyətin önündəki maneələri qaldırar. Saxta mehdilər zərərsizləşdirər. Bütün mane olacaq cəhdlərin qarşısında mehdiyyət daha da inkişaf edər.

(A9 TV; 2 oktyabr 2016)

İngiltərə dərin dövləti Misir, Mərakeş, Tunis, Əlcəzair, Pakistan və digər bir çox ölkədəkiləri hərəkətə keçirdi, hamısı birlikdə Mehdi gəlməyəcək deyirlər. Mehdi gəlməyəcəksə bu təlaş nədir? Mehdi əleyhinə olanlar Mehdinin gəldiyindən adları kimi əmin olduqları üçün bu qədər böyük təlaş yaşayırlar.

(A9 TV; 2 oktyabr 2016)

Mehdinin gəlməsinə daha çox var deyənlər, Peyğəmbərimiz (s.ə.v)-in dünyanın ömrü ilə əlaqədar bildirdiyi hədislərdən heç bəhs etmirlər. Suyutidə qeyd olunan hədislər dünyanın ömrünün 7 min il olduğunu bunun 5600 ilinin keçdiyini söyləyir. Dolayısilə Mehdi bu əsrdə gəlmişdir.

(A9 TV; 2 oktyabr 2016)

Çözüm istəyirlərsə insanların imanına vəsilə olacaq iş görsünlər. Birtərəfli darvinist təhsil dayandırılsın. Quran həqiqətlərindən bəhs edilsin. Köşələrində bir dəfə belə iman həqiqətindən, Quran möcüzəsindən bəhs etməyən, imana vəsilə olacaq iş görməyənlər həmişə ağıl verirlər.

(A9 TV; 2 oktyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)