Osmanlı dövründəki kimi qardaş xalqlarla yenə qardaşcasına birlikdə yaşamaq istəyirik. Sərhədlərin aradan qalxması dedikdə pasport və vizanın ləğv edilməsini nəzərdə tuturuq. Sərhədlər aradan qalxsın deyildiyi zaman, o torpaqların xalqlarının mədəniyyətlərinin, inanclarının, dillərinin, həyatlarının zərər görməsini əsla istəmirik. Tam əksinə birlikdə qardaşcasına sevgi içində yaşayaq, birlikdə bolluq və bərəkət tapaq, aramızda pasportlar və vizaların olmamasını istəyirik.

(A9 TV; 5 oktyabr 2016)

Əbdülhəmid digər bir çox Osmanlı sultanı kimi İngiltərə dərin dövləti tərəfindən əzilmişdir. O dövrdəki təxribatları görüb düzəltmək əhəmiyyətlidir. Əbdülhəmidin şəxsinin əzilməsini, təhqir edilməsini qəbul etmərik. Lakin o dövrdə törədilən təxribatı bilməliyik ki, düzəldilsin.

(A9 TV; 5 oktyabr 2016)

Osmanlıda nəşr edilən darvinist kitablardan bəhs edərkən Əbdülhəmiddən bir neçə il sonra nəşr edilən kitablardan da bəhs etdik. Bu, o dövrlərin vəziyyətini göstərmək üçündür. Əbdülhəmid dövründə başlayan darvinist təbliğat bütün sürətiylə davam etmişdir. Bunu tarixlərini verərək qeyd etdik.

(A9 TV; 5 oktyabr 2016)

Bəzi portretlərlə, şeirlərlə, romanlarla və ya heykəllərlə dinsizlik təbliğatı aparılır. Bəziləri burdakı təhlükəni görə bilmir. Bəzi heykəllərdəki dini fiqurlara əlavə edilən dinsizlik təbliğatı məqsədli təfərrüatlarla xristianların şüur altını korlamağı qarşılarına məqsəd qoyurlar. Dini fiqurlardan istifadə edərək öz aləmlərində lağ edənlər və Allahın hökmlərinə üsyan etdirməyi qarşılarına məqsəd qoyanlar bunu gizli üsullarla edirlər.

(A9 TV; 3 oktyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)