Soyuq, rəsmi, sevgisiz, birtərəfli sistemlərdə çevriliş zehniyyəti asan yaranır. Hərbi çevrilişlərə mane olmağın yolu tam əksini etməkdir. Sevgini, qardaşlığı, dostluğu, azadlığı ən gözəl şəkildə hakim etdiyimiz vaxt, çevriliş törətmək zehniyyətində olanlara qarşı da ən təsirli tədbir alınmış olar.

(A9 TV; 6 oktyabr 2016)

Müftəxorluq dəccaliyyətin xüsusiyyətlərindən biridir, hədislərdə Dəccalın yemək dağları təklif etməsi ətraflı izah edilir. Dəccaliyyət özünə tabe olanları qoruyar, tabe olmayanları isə bir növ öz cəhənnəminə atar. Hərbi çevriliş cəhdləri, terror və s. ilə özünə tabe olmayanları cəzalandırar və öz sisteminin hakim olması üçün çalışar.

(A9 TV; 6 oktyabr 2016)

Müftəxor mədəniyyət getdikcə yayılır. Bir çox gənc heç çalışmadan, zəhmət çəkmədən yaşaya bilmək istəyir. Bəzi proqramlar da bunu təşviq edir. Allah sevgisi, vətən sevgisi, bölünmə təhlükəsinə qarşı səy göstərmədən səhərdən-axşama qədər boş danışıqla keçən bir həyat olmağını istəyirlər. Müftəxor proqramlarda bir cür yaşayış içərisində vuruşma, kobudluq, təcavüzkarlıq, sevgisizlik özünü ayrı bir bəla kimi göstərir.

(A9 TV; 6 oktyabr 2016)

Televole mədəniyyətində Allahı, vətəni, milləti, mənəviyyatı unudacaq və unutduracaq bir üslub hakim olur. Buna qarşı fikri tədbir alınmalıdır. Bu proqramlar müftəxor həyat anlayışı formalaşdırır. Bəziləri onları bəsləsin, onlar da heç səy göstərməsinlər. Allahdan, dindən heç bəhs edilməsin, bomboş bir dünya olsun anlayışı hakim olur. Bu anlayış vətən, millət üçün ciddi təxribatdır.

(A9 TV; 6 oktyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)