Hədisdə Dabiqə enəcək 70-80 millətdən bəhs edilir. Koalisiya ölkələrinin arasında, məsələn, fransız ordusunda fərqli millətlər də var. Dabiqə enilməsiylə birlikdə əlaqədar hədis tam gerçəkləşmiş oldu. Bölgədə yaşanacaq deyilən böyük döyüş isə onsuz da hazırda yaşanır.

(A9 TV; 17 oktyabr 2016)

İraqlı şiə qrupların sünnilərə zülm etməsi böyük vicdansızlıqdır. Şiələrlə sünnilər qardaşdırlar, bir-birləriylə qarşılaşdıqları vaxt sarılmalıdırlar. Şiələr və sünnilər birləşsinlər, “İngiltərə dərin dövlətinin oyununa aldanmayaq, biz qardaşıq” desinlər. Bir dəfəlik fitnəni puç etsinlər.

(A9 TV; 16 oktyabr 2016)

Dünyanın ömrü 7 min ildir deyildikdə, Peyğəmbərimiz (s.ə.v) dövründə işlədilən bir təqvim nəzərdə tutulur. Böyük bir hadisəni əsas götürən təqvim ola bilər. Dünyanın ömrü 7 min ildir deyildikdə, insanların 7 min il əvvəl yaradıldığı nəzərdə tutulmur. Bir təqvimə görə tarix verilir.

(A9 TV; 16 oktyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)