İsa Məsih üçün Allah Quranda; “o qiyamət üçün bir əlamətdir” deyə buyurmuşdur. Bəziləri xalqı yanlış məlumatlandıraraq bu məlumatı gizlətməyə çalışırlar.
(A9 TV; 21 oktyabr 2016)
Quranda çoxlu sayda qeyb xəbəri var və Allah istədiyi qullarına qeybi bildirmişdir.
(A9 TV; 21 oktyabr 2016)
Mehdinin zühuru ilə əlaqədar hədislərin eynilə, ardıcıl və heyranedici düzgünlükdə gerçəkləşdiyini görürük. Ardıcıl gerçəkləşdiyi açıq olan hədislər üçün “uydurma” deyilməsinin heç bir əsası olmaz.
(A9 TV; 21 oktyabr 2016)
Hədislərdə bildirilən çox sayda qiyamət əlaməti, sənədlər və fotoşəkillərlə sübut edilə biləcək tərzdə gerçəkləşmişdir, yəni heç bir ziddiyyət yoxdur.
(A9 TV; 21 oktyabr 2016)
Əbdülhəmid dövründə darvinist təbliğat, qumar yayılaraq millətin mənəviyyatı çökdürülmüş və ardınca Osmanlı bölünmüşdü.
(A9 TV; 21 oktyabr 2016)
Qalata və Qız qalası (İstanbul) İngiltərə dərin dövləti üçün, o dövrün simvolu kimi istifadə edilir və müqəddəs sayılır. Bizim üçün də Qalata və Qız qalası qazi olduğu üçün müqəddəs olan diyarlarımızdır.
(A9 TV; 21 oktyabr 2016)
Münafiqlər çirkin göstəriş ardınca qaçarkən çox qısa müddət sonra ölüb məzara girəcəklərini unudarlar.
(A9 TV; 21 oktyabr 2016)
Münafiqin ən gözəçarpan xüsusiyyətlərindən biri, Quran oxunarkən dözə bilməyib o mühitdən sürətlə uzaqlaşması və Quranı dinləməyə dözə bilməməyidir. Münafiq Quran oxunduqda ağlasığmaz dərəcədə qəzəblənər, az qala ayələri oxuyan insana hücum edəcəkmiş kimi olar.
(A9 TV; 21 oktyabr 2016)
Münafiq, Qurandan münafiqlərlə əlaqədar ayələr oxunduqda, üzərinə götürüb vəziyyətini düzəltmək əvəzinə lovğalanar. Qurandan ayə oxunduqda münafiqlər özlərinə laqeyd görünüş verərək təkəbbürlə qaçarlar.
(A9 TV; 21 oktyabr 2016)
Münafiqlər hiyləgər, xain və namərd anlayışa sahibdirlər. Quran ayələrindən öz aləmlərində müsəlmanları məğlub etmək üçün istifadə edərlər. Münafiq, Qurandan münafiqlərlə əlaqədar ayələri oxuyan müsəlmanlara, böhtan atmaqla əlaqədar ayələrlə cavab verər.
(A9 TV; 21 oktyabr 2016)





