İbadətdə hüzur və ağıl var. Əgər insan namaz qılanda, dəstəmaz alanda, Quran oxuyanda, xeyir iş görəndə yorulursa, deməli, şeytan onunla oyun oynayır. Allah bütün ibadətləri zövq alacağımız və asan olacaq şəkildə yaradıb.

(A9 TV; 27 oktyabr 2016)

Meyvə-tərəvəz satan dükanlara qidaları düzən, əczaxanalara dərmanları qoyan, atomları insanlara xidmətçi edən Allahdır. Allah rahatlığımız üçün hər şeyi yaradıb. Atomlar sanki 15 milyard illik pilot kimidirlər. 15 milyard ildir ki, heyrətamiz ağıl və şüurla heç bir yerə dəymədən həmişə hərəkət halındadırlar.

(A9 TV; 27 oktyabr 2016)

Allah insanların çətinliyə düşmələrini istəmir. Sadəcə vicdanlı və dürüst olmalarını istəyir. “Məni unutmayın, Mən də sizi unutmayım” deyir. Allahı unutmaq çox böyük zülmdür. Allah sevilmək və zikr edilmək istəyir.

(A9 TV; 27 oktyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)