İnternet müsəlmanların İslama xidmət etmək üçün münafiqlərin isə alçaqlıq etmək üçün istifadə etdikləri vasitə olur. Saxta hesablarla namərdlik edirlər. Öz hesablarında millətçi, mühafizəkar insan kimi göründükləri halda, saxta hesablarında hər cür alçaqlıq, şəxsiyyətsizlik, iyrənclik hakim olur. Öz hesablarında dindar, alicənab üslubdan istifadə etdikləri halda, saxta hesablarında İslam, din düşməni, vətən xaini xarakter göstərirlər. Münafiq ağılsız olduğundan saxta hesablarının bəlli olmayacağını zənn edir, halbuki saxta hesablardakı ortaq xarakterdən dərhal bəlli olur.
(A9 TV; 31 oktyabr 2016)
Müsəlmanların əksəriyyəti bir-biriylə mübarizə aparmaqdan münafiqlərin oyunlarını və qaranlıq xarakterini görə bilmirlər.
(A9 TV; 31 oktyabr 2016)
Müsəlmanların bir hissəsinin münafiqlərə qarşı yetəri qədər təcrübəsi yoxdur. Münafiqlər həddən ziyadə hiyləgərdir, buna görə də bəzi müsəlmanlar hadisəni görə bilməz.
(A9 TV; 31 oktyabr 2016)
Mehdiyyətə qarşı çıxanlar hədislərdə ifadə edilən əlamətləri tək-tək saysınlar və bunlar gerçəkləşmədi desinlər, deyə bilməzlər çünki hamısı gerçəkləşdi.
(A9 TV; 31 oktyabr 2016)
Rumilik, İngiltərə dərin dövlətinin İslamdan çıxmaq istəyən, lakin açıqca söyləyə bilməyənlərə yol göstərmək üçün istifadə etdiyi fəlsəfədir.
(A9 TV; 30 oktyabr 2016)
Fuad Paşa; “ingilislərlə fikir ayrılığına düşməkdənsə bir neçə şərq vilayətinin gözdən çıxarılması yaxşıdır” deyirdi. “Verib xilas olaq” məntiqi o vaxtdan bu günə gələn qeyri-sağlam zehniyyətdir. Vətənin tək qarış torpağı verilməz.
(A9 TV; 30 oktyabr 2016)
Kutul Amarə tariximizin şanlı zəfərlərindən biridir. İngiltərə dərin dövləti bu zəfərin unudulmasını istəmişdir, biz həmişə gündəmdə saxlayacağıq.
(A9 TV; 30 oktyabr 2016)
İslam aləmi birləşəcək, lakin bəzilərinin düşündüyü tərzdə; asan-kəsən sevgisiz İslam anlayışı əsla hakim olmayacaq. Bundan sonra incəsənətin, gözəlliyin, elmin, müasirliyin, keyfiyyətin hakim olduğu İslam anlayışı formalaşacaq və güclənəcək. Mövhumatçılıq güclənə bilməz.
(A9 TV; 30 oktyabr 2016)
İncəsənətdən istifadə edərək insanlara şizofreniyalı, qaranlıq dünya təqdim edib insanları intihara, qaranlığa sövq edə bilirlər. “Çirkin incəsənət” anlayışı ilə insanların ruhunu qaraldan, içinə qapalı, intihara meylli, gözəlliyi çirkinə döndərən məntiqi dünyaya yayırlar. İnsanların şüur altını pozmaq üçün portretlərlə, ədəbiyyatla, sənədli filmlərlə qaranlıq, ürəksıxan, sevgisiz bir dünya təlqin edilməyə çalışılır.
(A9 TV; 30 oktyabr 2016)
İngilis müsəlmanlığı deyə bir model ortaya qoydular. Bu rumi, darvinist, Allahı və Quranı inkar edən fəlsəfədir.
(A9 TV; 30 oktyabr 2016)





