Bədiüzzaman Risaləi-Nurda Mehdinin gəliş vaxtının hicri 1400-cü illər, yəni bu əsr olduğunu açıqca söyləmişdir. Nur tələbələri bunu söyləməlidir.
(A9 TV; 14 noyabr 2016)
Mehdinin etdiyi təbliğ insanların qəlbinin ən dərinliyinə işləyəcək, səmimi imana vəsilə olacaq inşaAllah.
(A9 TV; 14 noyabr 2016)
Mayk Pensin Amerikanın Allahın əmrinə tabe olan bir millət olacağını ifadə etməsi və “Amerikan röyasını” gündəmə gətirməsi çox gözəl açıqlamadır. Bağlanan kilsələri açaraq buna başlaya bilərlər. Sinaqoq, məscid, kilsə bağlanılması normal qarşılanmamalıdır. İbadətgahların açılması bərəkət gətirər.
(A9 TV; 14 noyabr 2016)
Tramp, zəncilər, mühacirlər və müsəlmanlar haqqında həmişə müsbət açıqlamalar versə çox gözəl olar.
(A9 TV; 14 noyabr 2016)
Dəccaliyyət cahil, özünü yetişdirə bilməmiş, qibtə ruhu içində olan, lakin özünü ağıllı zənn edən insanlara daha asan təsir edəcək.
(A9 TV; 14 noyabr 2016)
İngiltərə dərin dövlətinin yönləndirməsi ilə ateistlər və homoseksuallar arasında ən geniş yayılmış din rumilikdir. Bu Anadoluda məlum olan mövləvilik deyil.
(A9 TV; 14 noyabr 2016)
İngiltərə dərin dövləti internet, smartfon kimi bu əsrin texnologiyalarından münafiqlərin gizli yazışmaları üçün çox effektiv istifadə edir. Münafiqlərin bir-birləri ilə xəbərləşmələri üçün xüsusi hazırlanmış gizli yazışma proqramları olur, bunlardan istifadə edərək məlumat ötürürlər.
(A9 TV; 14 noyabr 2016)
Tarix boyu bütün münafiqlər öz zəkalarının üstünlüyü ilə ortaya çıxır. Zəkalarının təriflənməsi həyəcanlı olmalarına səbəb olar. Dəccaliyyət də münafiqlərin tərifə olan bu zəifliyini bildiyi üçün, bundan çox yaxşı istifadə edir və “sən heyrətamiz dərəcədə ağıllısan” deyərək istədiyini etdirir.
(A9 TV; 14 noyabr 2016)
İngiltərə dərin dövlətinin PKK-dan istifadə etməkdəki səbəbi də PKK-nın namərd, alçaq və istədikləri kimi istiqamətləndirilə bilən olduğunu bilmələridir.
(A9 TV; 14 noyabr 2016)
İngiltərə dərin dövlətinin tərəfdarları bir-birlərindən nifrət etdikləri, alçaq hesab etdikləri halda bir-birlərinə həmişə sevgi mesajları göndərirlər. Bunlarda ağılsızca irq üstünlüyü iddiası olur. Öz aləmlərində ən çox ingilis olanı ən üstün hesab edirlər. İngilis görünmək üçün yarışırlar. İngiltərə dərin dövləti də münafiqləri tam müəyyənləşdirir, alçaq və şəxsiyyətsiz olduqlarını bildiyi üçün onlardan istifadə etməkdə çox qətiyyətli olur.
(A9 TV; 14 noyabr 2016)





