Münafiq yalan danışarkən heç utanmaz. Yalanları biabırçılıq dərəcəsində ağılsızdır və yalanının ortaya çıxmayacağını zənn edər.
(A9 TV; 17 noyabr 2016)
Münafiqlərin mühüm xüsusiyyətlərindən biri də özlərini çox zəngin göstərməyə çalışmalarıdır. Ağlasığmaz dərəcədə əzik, ağılsız və komplekslidirlər.
(A9 TV; 17 noyabr 2016)
Qadınların dekolte geyinməsinə, həyatına qarışmaq təhsil və nəzakət çatışmazlığından, hörməti bilməməkdən irəli gəlir.
(A9 TV; 17 noyabr 2016)
Ortaya qoyulan hər fosil canlıların təkamül keçirmədiyini göstərir. Fosillər darvinizmin bitdiyinin ən konkret sübutudur.
(A9 TV; 17 noyabr 2016)
Münafiq İslama necə xidmət edəcəyini bilmədiyini söyləyər. Bu, əxlaqsız yalandır. Münafiqlik və fitnə baş verəndə hər şeyi çox yaxşı bilər.
(A9 TV; 16 noyabr 2016)
Münafiq xainlik və əxlaqsızlıq edə bilmədiyi zaman sanki depressiyaya düşər. Namərdlik və murdarlıq edə bilmədiyindən içi yanar, heyrətamiz dərəcədə sıxılar.
(A9 TV; 16 noyabr 2016)
Türkiyədə tanınan Mövlana ilə Avropada tanınan və tanıdılan Mövlana arasında böyük fərq var. Qərbdə harada ateist, homoseksual, darvinist, İslam düşməni insan vardırsa rumiliyi müdafiə edir. Bu rumilik fəlsəfəsi, Anadoludakı Mövlana anlayışından çox fərqli şeydir. Rumilik fəlsəfəsində özünü haşa İlah kimi görür, homoseksuallığı qeyri-münasib üslubla izah edir, müsəlmanlıqdan kənar bir din öyrədir.
(A9 TV; 16 noyabr 2016)
Münafiqlər ardıcıl şəkildə yalan danışar, özlərini çox zəngin kimi göstərərlər. İngiltərə dərin dövləti bu tiplərin xəstə ruhunu bildiyi üçün bu cəhətdən yaxınlaşar və qarşılıqlı aldatma başlayar. İngiltərə dərin dövləti münafiqdən casus kimi istifadə edəcəyi üçün münafiqlərin yalanına inanırmış kimi görünər. Halbuki münafiqlər çox tez müəyyənləşdirilən çox axmaqca yalanlar danışarlar.
(A9 TV; 16 noyabr 2016)
İngiltərə dərin dövləti ən çox Pakistan, İordaniya, Hindistan kimi ölkələrdə münafiq xarakterli insanları xüsusi olaraq axtarıb tapar və bunlardan istifadə edər.
(A9 TV; 16 noyabr 2016)
Peyğəmbərimiz (s.ə.v) dövründə də münafiqlər mübarizə aparmağı bacarmadıqlarını söyləyərək Peyğəmbərimiz (s.ə.v) ilə döyüşə çıxmamış, onu tək qoymuşlar. (“Münafiqlik edənləri də ortaya çıxartması üçündü. Onlara: “Gəlin, Allah yolunda döyüşün və ya müdafiə edin” deyildikdə, “biz döyüşməyi bacarsaydıq, əlbəttə, sizin ardınızca gedərdik” dedilər. O gün imandan çox küfrə yaxın idilər. Qəlblərində olmayan şeyi dilləri ilə deyirdilər. Allah onların gizlətdiklərini çox yaxşı bilər”, (Ali İmran surəsi, 167).
(A9 TV; 16 noyabr 2016)





