Bəzi kütlələr Tramp ailəsinə böhtan ataraq nəticə əldə etməyə çalışırlar. Bu məlum üslubdur, Tramp və ailəsi bunlara heç fikir verməsin.
(A9 TV; 19 noyabr 2016)
İngiltərə dərin dövləti üçün iqtisadiyyatın korlanması, qıtlıq yaradılması, müharibənin sülh kimi göstərilməsi çox mühüm mövzulardır.
(A9 TV; 19 noyabr 2016)
Münafiqləri təbliğ, İslam və çətin vəziyyətdəki müsəlmanlar heç vaxt maraqlandırmaz. Heç bir çətinliyin altına girməzlər. Müsəlmanlar isə hər şəraitdə mübarizə apararlar.
(A9 TV; 18 noyabr 2016)
Mömin hər mövzuda hüzurludur, mömin qardaşlarına hüzur verər. Münafiq isə təqvalı müsəlmanlardan uzaq gəzər və həmişə zərər vermək istəyər.
(A9 TV; 18 noyabr 2016)
Münafiq nə sevər, nə də sevilər, üzündə odun kimi mənasız, küt ifadə var. Həmişə qışqır-bağır salaraq Allahın zikr edilməsinə mane olmağa çalışar.
(A9 TV; 18 noyabr 2016)
Münafiq soyğunçu xarakterlidir. Müsəlmanların mallarını oğurlamaq, yağmalamaq, onlara zərər vermək istəyər.
(A9 TV; 18 noyabr 2016)
Münafiq gözlərindən və ağlamaqdan müsəlmanlara qarşı bir cür silah kimi istifadə edər. İstədiyi zaman ağlayar, istədiyi zaman da ağlamağı dayandırar.
(A9 TV; 18 noyabr 2016)
Münafiq boş danışıqlarla həmişə müsəlmanların vaxtını alar. Danışıqları həmişə nalayiq və ağılsızcadır.
(A9 TV; 18 noyabr 2016)
Möminin xüsusiyyətlərinə baxaraq bu xüsusiyyətlərin tərsindən münafiqlərin əxlaqsızlığını anlayarıq. Mömin cəsur, səbirli, diqqətli, ağıllı və alimdir. Münafiq isə qorxaq, Allahdan qorxmayan, tələskən, həmişə sıxıntılı və diqqəti qapalıdır. Münafiqin sahib olduğu bilik boş bilikdir.
(A9 TV; 18 noyabr 2016)
Cəhənnəmin çox fərqli əzabları vardır. Cəhənnəmdə həyat sıxıcı və mənasızdır, dar, qaranlıq küçələri vardır. Cəhənnəm əhlinə verilən ən böyük əzablardan biri cənnət əhlinin nemətlərini və gözəlliklərini görmələridir. Həmçinin vücudlarına da verilən əzab vardır.
(A9 TV; 18 noyabr 2016)





