Münafiqlərin də tərəfdarları var. Onlar da münafiqlərə xəbər daşıyarlar. Gizlincə ittifaq qurmuş vəziyyətdədirlər. Bu tərəfdarlar Allaha deyil, münafiqə sadiqdirlər.

(A9 TV; 27 noyabr 2016)

Hz. Musa dövründə münafiqlər Fironun zülmündən xilas olduqlarına şükür etmək əvəzinə Misir sistemindəki həyatı tələb ediblər. (Bəqərə surəsi, 61: Siz (isə belə) demişdiniz: “Ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar da, bizim üçün yerin bitirdiklərindən paxla, yemiş, sarımsaq, mərcimək və soğan bitirsin”. (O zaman Musa:) “Xeyirli olanı, bu dəyərsiz şeylə dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, çünki (orada) özünüz üçün istədiyiniz vardır” demişdi. Onların üzərinə zillət və yoxsulluq (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, şübhəsiz ki, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. (Həmçinin) bu asi olduqlarına və həddi aşdıqlarına görə idi.)

(A9 TV; 27 noyabr 2016)

Münafiq hər şeyin gizlisindən zövq alar. Qanuni, rahat, hüzurlu yaşamaqdansa alçaqlıq, xainlik istəyər. Münafiqdə körpü altındakı çaqqal xarakteri var.

(A9 TV; 27 noyabr 2016)

Allah müsəlmanlara münafiqlərin ani basqınlarına və hücumlarına qarşı həmişə ayıq-sayıq və diqqətli olmalarının lazım olduğunu bildirmişdir. Çünki münafiqlər ən kiçik imkandan belə müsəlmanların əleyhinə istifadə etməyə cəhd edər və bu məqsədlə həmişə müsəlmanları müşahidə edərlər.

(A9 TV; 27 noyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)