Münafiq çox təcavüzkardır. Müsəlmanlara qarşı çox qəzəblidir. Müsəlmanların dindarlığına dözə bilməz. (Həcc surəsi, 72: Onlara qarşı açıq-aydın olan ayələrimiz oxunduğu zaman, sən o inkar edənlərin üzlərindəki “rədd və inkarı” tanıya bilərsən. Az qala, onlara ayələrimizi oxuyanın üstünə cumacaqlar. De: “Sizə bundan daha pisini xəbər verim? Od… Allah, onu inkar edənlərə vəd edib; nə pis dayanacaqdır”.)

(A9 TV; 28 noyabr 2016)

Münafiqlər hər dəfə doğruya dəvət edildikləri zaman bu dəvəti eşitmək istəməzlər, müəyyən yolla Quran ayələrini dinləməkdən qaçarlar. (Nuh surəsi, 7: “Həqiqətən, mən, onları bağışlamağın üçün hər dəfə dəvət etdiyim vaxt, onlar barmaqlarını qulaqlarına tıxadılar, örtüklərini başlarına çəkdilər və ötkəm-ötkəm təkəbbürlənib inadkarlıq etdilər”.)

(A9 TV; 28 noyabr 2016)

Münafiq həmişə qarışıqlıq və hüzursuzluq olmasını istəyər, müəyyən yolla müsəlmanları narahat etməyə çalışar. Şeytanın ilhamı ilə müsəlmanları həmişə məşğul etmək münafiqlərin ən mühüm xüsusiyyətidir. Bütün İslam aləmini fitnələri ilə məşğul edirlər.

(A9 TV; 28 noyabr 2016)

İngiltərə dərin dövləti münafiq zəkasına sahibdir. Münafiq insan öldürər, üstünə çöküb ağlayar. İngiltərə dərin dövləti də dövlət çevrilişi təşkil edib bundan sonra “çox təəssüf, sizə qarşı dövlət çevrilişi mi həyata keçirildi, Türkiyəni dəstəkləyirik” deyir.

(A9 TV; 28 noyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)