Dünya həyatına dalmış olanlar əyləndiklərini zənn edirlər, lakin həqiqi xoşbəxtliyi və əyləncəni bilmirlər. Dinlədikləri musiqi dəyişməz ritmdən ibarət olur, saatlarla ayaqüstü dayanıb yüngülcə sallanırlar, sonra buna əyləncə deyirlər. Bu əyləncə deyil.
(A9 TV; 4 dekabr 2016)
Peyğəmbərimiz (s.ə.v) İslamı təbliğ edir, onu dinləməyə gələn bəziləri isə mənim üçün dua et ki, ticarətim artsın deyirdi, İslama xidmət etməyi düşünmürdü.
(A9 TV; 4 dekabr 2016)
Mehdiyyətin əsas xüsusiyyəti ödəniş istəməməsidir. Dini təbliğ etmək əvəzində ödəniş istənilməz.
(A9 TV; 4 dekabr 2016)
Mömin Allahdan, dindən, Qurandan bəhs edər. İman qəlbinə yerləşməmiş insanlar isə təkcə mənfəətinin nə olduğunu düşünər.
(A9 TV; 4 dekabr 2016)
Küfr əhli Allahdan və axirətdən xəbərsizdir. Təkcə sürünər və özündən iyrənər. Bu vəziyyətə də həll yolu tapa bilməz.
(A9 TV; 4 dekabr 2016)
Küfr əhlinin ağlının necə qapalı olduğu və yaşadıqları həyatın necə bir kabus olduğu Quranda çox hikmətlə izah edilmişdir. (Nur surəsi, 40: Ya da (inkar edənlərin əməlləri) əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa bürüyər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır. Bir qismi bir qismi üzərində olan qaranlıqlar; əlini çıxartdıqda onu belə az qala görə bilməyəcək. Allah kimə nur verməyibsə, artıq onun üçün nur yoxdur.)
(A9 TV; 4 dekabr 2016)
Mömin küfr əhlini uzaqdan bir elm adamı kimi təhlil edər. Küfr əhlini ən qəzəbləndirən şeylərdən biri üzlərindəki qaraltıdır, özlərindən nifrət edərlər.
(A9 TV; 4 dekabr 2016)
Kaftarlar necə sürünərək yaşayırsa, zalım və qəddarlar da sürünərək yaşayarlar. Sürünməyin adını nəzakətli etmiş və həyat mübarizəsi demişlər.
(A9 TV; 4 dekabr 2016)
Küfr əhlinin çox olması müsəlmanları təəccübləndirməməlidir. Meşədə gəzən insan da çox sayda heyvanla qarşılaşar, lakin meşənin hakimi şirdir.
(A9 TV; 4 dekabr 2016)
Dünyaya könlünü bağlamış, Allahı unutmuş insanlar üçün Allah dünyanı fəlakətə döndərər. Tipləri də bərbad hala gələr, bu fəlakət içində qıvranarlar.
(A9 TV; 4 dekabr 2016)





